BDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBakı Dövlət Universiteti (BDU) və "ARB 24" telekanalı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və "ARB 24" telekanalının direktoru Radik İsmayılov imzalayıb.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Universitetin İnkişaf Strategiyasına əsasən, ən müasir tədris texnologiyalarının tətbiq olunması nəzərdə tutulur. Əsas məqsəd tədris texnologiyalarının düzgün qurulması və yüksək ixtisaslı kadrların hazırlanmasıdır: "Jurnalistika fakültəsinin tələbələri nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarını möhkəmləndirməlidirlər. Jurnalistika fakültəsinin formalaşmış ənənələri var. Mövcud ixtisasların təkmilləşdirlməsi, yenilərinin açılması da nəzərdə tutulur. Bu baxımdan "ARB 24"lə əməkdaşlıq jurnalistika üzrə tədrisin yüksək səviyyədə təşkilinə töhfə verəcək. Tələbələri bu prosesdə fəal olmağa çağırıram".
"ARB 24" telekanalının direktoru Radik İsmayılov isə rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və qeyd edib ki, "ARB 24"ün kadr siyasətində Jurnalistika fakültəsinin məzunlarına böyük önəm verilir. Telekanalın yaradıcı heyətinin yarısı Jurnalistika fakültəsinin məzunlarıdır: "Jurnalistika fakültəsində alınan təhsilin faydasını görməkdəyik. Fakültənin məzunları peşə etikasından kənar davranışlara demək olar ki, yol vermirlər və xəbər prinsiplərinə daha çox əməl edirlər".
Qeyd edək ki, müqavilə çərçivəsində BDU-nun Jurnalistika fakültəsində müxtəlif təlimlər keçiriləcək, bakalavr və magistrantlar üçün təcrübə proqramları təşkil ediləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək və onların yarısı "ARB 24"də işlə təmin olunacaq.
Əməkdaşlıq müqaviləsi həm də birgə konfransların, sərgi, seminar və simpoziumların təşkil edilməsini nəzərdə tutur.
BDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıbBDU və "ARB 24" telekanalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 928   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr