Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: "Bu axşam səni öldürəcəyəm"
Bir neçə gün əvvəl Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-in "Galaxy TAB A7" markalı tabletdə (planşet) bu hadisəyə səbəb ola biləcək faktları aşkarlayıblar.
Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzilin oyun otağında Nəsimi rayonu 10 nömrəli orta məktəbin 2-ci sinfində oxuyan uşağın daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də "3 days to die" və sair bu tip oyun və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq tabletin "Samsung Notes" bölməsində "salam, mən anabellayam və bu axşam səni öldürəcəyəm" məzmununda yazışma aşkar edilib.
Bütün faktlar toplanaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məktəblinin anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5535 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr