Yaşlı qadını öldürən taksi sürücüsü: "Yolu asta addımlarla keçirdilər"
Sumqayıtda 61 yaşlı qadını və onun 6 yaşlı qardaşı qızını avtomobillə vuraraq qadının ölümünə səbəb olan taksi sürücüsünə hökm oxunub.
Hadisə ötən il baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 40 yaşlı Süleyman Hüseynov etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə yolu keçməkdə olan qadın və azyaşlı uşağı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən vəfat edib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Süleyman Hüseynov bildirib ki, etdiyi əməldən peşmandır: "Onlar yolu asta addımlarla keçirdilər. Mən əyləcə basaraq sürəti azaltmaq istəsəm də, onlara dəydim. Sürət həddi 50-55 km/saat idi. Hadisə baş verən kimi aşağı düşüb onlara kömək etməyə çalışdım. Qadını maşına qoyub xəstəxanaya çatdırsam da, o öldü. Hadisəyə görə çox peşmanam".
Hadisə zamanı xəsarət alaraq ölən qadının qardaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, bacısı ailə qurmadığı üçün birlikdə yaşayıblar:
"Həyat yoldaşım mənə zəng edərək bildirdi ki, qızımla bacımı maşın vurub. Uşağı evə gətiriblər, amma bacımı xəstəxanaya aparıblar. Orada da vəfat edib".
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Süleyman Hüseynov 5 il iki ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1518 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr