Azərbaycanın ən dəhşətli silahı...

Azərbaycanın ən dəhşətli silahı...23 il əvvəl yaranan Xüsusi Təyinatlı Qüvvələrimiz Vətən müharibəsində qələbəmizi təmin edən əsas faktorlardandır.

Sonxeber.az xəbər verir ki, bu sözləri XTQ-nin yaranmasının ildönümü ilə bağlı Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Vətən müharibəsində qazandığımız böyük qələbə artıq bir çox dövlətin hərbi təhsil mərkəzlərində öyrənilir:

"Demək olar ki, 44 günlük müharibədə həyata keçirdiyimiz bütün genişmiqyaslı və vacib döyüş əməliyyatlarında, o cümlədən Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsində, bundan başqa, Qubadlı və Laçının bir çox kəndlərinin düşmən tapdağından qurtarılmasında xüsusi təyinatlılar mühüm rol oynayıblar. Müharibənin ən ağır yükünü Ali Baş Komandan və XTQ çəkdi. Xüsusi təyinatlılar üzərlərinə düşən bütün döyüş tapşırıqlarını unikal bacarıqları sayəsində peşəkarlıqla yerinə yetirdilər və öz fəaliyyətləri ilə əsl döyüşçü obrazını beynimizə, qəlbimizə və tariximizə əbədi həkk etdilər. Xüsusi təyinatlılarımız bizim döyünən ürəyimiz, vuran qolumuz və görən gözümüzdür. Onların həyata keçirdiyi əməliyyatlar, xüsusilə Hadrut və Şuşa əməliyyatı bir çox NATO və Avropa ölkələri tərəfindən dərindən araşdırılır. Müxtəlif beyin mərkəzləri ağır texnika və artilleriya ilə qorunan, qala üzərində dağ yüksəkliyində yerləşən bir şəhərin yalnız atıcı silahlarla silahlanmış bölmələr tərəfindən azad edilməsinin sirlərini öyrənir".

Ədalət Verdiyev XTQ-nin şəxsi heyətinin Azərbaycanın ən güclü və çəkindirici silahı olduğunu qeyd edib:
"2012-ci ildən etibarən xüsusi təyinatlılarımız bir çox məxfi əməliyyatlar keçirib, lakin bu əməliyyatlar mətbuatda işıqlandırılmayıb. Ancaq 2016-cı il aprel döyüşlərindən sonra XTQ öz döyüş imkanları ilə daha çox diqqəti cəlb etməyə başladı. Həmin dövrdən etibarən aparılan struktur dəyişiklikləri ilə əməliyyat briqadalarına xüsusi təyinatlıların hazırlandığı briqadalar da əlavə olundu. XTQ-nin müharibədəki uğurlarından çox bəhs etmişik, bununla yanaşı, ötən ilin noyabrında Qaragöl ərazisində qazandığımız nailiyyətlərdə də onların rolunu xüsusi qeyd etməliyik. Hazırda XTQ işğalçı Ermənistan ordusunun qorxulu kabusuna çevrilib. Müharibəni araşdıranlar unutmamalıdır ki, Azərbaycanın ən dəhşətli və güclü silahı XTQ-nin şəxsi heyətidir. Azərbaycan xüsusi təyinatlıları ölkəmizin ən sədaqətli, ən güclü çəkindirmə silahıdır. Komandolarımız sayəsində ölkəmiz qalıbdır, biz də qalib ölkənin qalib vətəndaşlarıyıq.

XTQ-nin yaranmasının ildönümündə fürsətdən istifadə edib komandan, general-leytenant Hikmət Mirzəyev başda olmaqla bütün şəxsi heyəti ürəkdən təbrik edirəm. Əminəm ki, onlar var olduqca regiondakı heç bir ağlı başında olan dövlət ölkəmizin maraqlarına zidd addım atmaq niyyətinə belə düşməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1880   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa

3 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

Əmək qabiliyyətini müvəqqəti itirənlərə bu qədər ödəniş veriləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən məbləğ artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

4 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

6 noyabr
.

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır

5 noyabr