Avtomobillərin texniki müayinəsində yenilik tətbiq edilib - VİDEO
Avtomobillərin texniki müayinəsində yenilik tətbiq edilib və artıq avtomobillərin alt işlək hissələri də xüsusi texniki vasitələrlə yoxlanılacaq.
Sonxeber.az BAKU.WS-a istinadən bildirir ki, texniki Müayinə Mərkəzləri Ramazan bayramı günlərində fasiləsiz fəaliyyət göstərəcəklər.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Sürücülərə Ramazan bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur. Bununla bağlı Texniki Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər.
Artıq bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir. Bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1445 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr