DYP bu sürücülərə xəbərdarlıq etdi: Cərimə olunacaqsınız - VİDEO
Özləri üçün başqa bir avtovağzal düzəldib, qanunsuz olaraq rayonlara sərnişin daşıyırlar. Demək bu sürücülər Bakı Beynəlxalq Avtovağzalına gedib, oradakı sərnişinlərlə razılaşaraq, onları öz ərazilərinə gətirirlər. Buradan isə , kiçiktutumlu avtobuslar ilə gedəcəyi bölgəyə yola salırlar. Bütün bunlar yol polisinin bayramla əlaqədar keçirdiyi reyd zamanı aşkarlanıb. Başqa neqativ hallar da var.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında gizli avtovağzal fəaliyyət göstərir.
Bu ərazini özlərinə avtovağzal kimi seçən kiçiktutumlu sərnişin avtobuslarının sürücüləri rayonlara qeyri-qanuni olaraq sərnişin daşıyırlar.
Ərazidə çəkiliş etdiyimiz zaman sərnişin tutumu 8 nəfər olan nəqliyyat vasitələrindən birinin sürücüsü gəldi.
Daha sonra digər nəqliyyat vasitələrinin sürücüləri də ərazidən uzaqlaşmaq istədilər. Bu zaman patrul əməkdaşları onları saxladı. Sürücü əvvəlcə sərnişin aparmadığını desə də, sonradan bu əməlini etiraf etdi.
Saxlanan hər biri sürücü barəsində sərnişindaşıma qayadsını pozduqları üçün 3 bal və 60 manat məbləğində cərimə tətbiq olundu.
Digər bir gizlin avtovağzal isə avtomobillərin təmir yerində aşkar olunub.
Yol polisi bayramla əlaqədar rayonlara gedən sərnişinlərin çxoluğunu nəzarə alaraq avtovağzal qarşısında dayanma və durma qaydasını pozmaqla süni sıxlğa səbəb olan sürücüləri də cərimə edib. Qaydaları pozan nəqliyyat vasitələrinin fotoları çəkilib və elektron protokol tərtib olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3467 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr