Ölkədə sinir sisteminin müalicəsində istifadə olunan dərmanlar tapılmır? - ARAŞDIRMA - FOTO

Ölkədə sinir sisteminin müalicəsində istifadə olunan dərmanlar tapılmır? - ARAŞDIRMA - FOTOSon günlər apteklərdə "Dimedrol" dərmanının tapılmadığı barədə məlumatlar yayılır. Vətəndaşların tez-tez bu antihistamin dərmanı soruşmalarına cavab olaraq bəzi apteklərdə vitrinlərin şüşələrinə "Dimedrol" yoxdur, depoda da bitib, ölkəyə gətirilmir" məzmunlu elanlar vurublar.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilir.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ölkədə bəzi dərmanların tapılmasında çətinlik yarandığı da deyilir.

Xüsusilə sinir sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların da (məsələn, psixotrop maddə hesab edilən "Fenazepam"ın) əlçatanlığında, demək olar, problem var. Reseptsiz satışı həyata keçirilməyən bir çox dərmanlarla da eyni çətinlik yaşanır. Sözügedən problem səbəbindən Həkimlər də həmin dərmanları pasiyentlərə təyin edə bilmirlər. Bu isə mütəmadi həmin dərman preparatlarından istifadə edən insanlara ciddi problem yaradır.
Ölkədə sinir sisteminin müalicəsində istifadə olunan dərmanlar tapılmır? - ARAŞDIRMA - FOTOÜmumilikdə Azərbaycana Rusiya, Ukrayna, Belarusdan hansı dərman preparatlarının gətirilməsi dayanıb və ya çətinlik yaranıb?

Həmin dərmanlara ("Dimedrol", "Fenazepam" və s.) ehtiyacı olan şəxslər onları hansı dərman preparatları ilə əvəz edə bilərlər? Bu kimi çətinliklər nəzərə alınaraq perspektivdə onların yerli istehsalı gözlənilirmi?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin idxal bazasına əsasən, "Dimedrol"un (inyeksiya) son idxalı 15.04.2022-ci il tarixində qeydə alınıb.

"Bu, o deməkdir ki, "Dimedrol" dərmanı tapılmır" iddiası əsassızdır. Qeyd olunan ölkələr üzrə dərman vasitələrinin 01-28.04.2022-ci il müddətinə olan idxal statistikası bu cürdür:

Rusiya – 101 adda dərman vasitəsi, 5 370 217 sayda qutu;

Ukrayna – 8 adda dərman vasitəsi, 36 503 sayda qutu;

Belarus – 60 adda dərman vasitəsi, 3 465 686 sayda qutu idxal olunub.

Göründüyü kimi, bir qədər azalma müşahidə olunsa da, lakin idxal dayanmayıb.

Həkim təyinatında çətinliklərə gəldikdə isə, qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları"na əsasən, həkim reseptdə dərman vasitəsinin beynəlxalq patenləşdirilməmiş adını qeyd etməlidir, yəni reseptdə dərman vasitəsinin əsas təsiredici maddəsinin (molekul) adı yazılmalıdır. Bu o deməkdir ki, bu cür hallarda həkim eyni təsiredici maddə tərkibli, dövlət qeydiyyatında olan digər ölkələrin də istehsal etdiyi dərman vasitələrini təyin edə bilər", - deyə Analitik Ekspertiza Mərkəzindən bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2343   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr