Kəndli su tapmır: Əkinlər qurumaq üzrədir - VİDEO
Bu günə kimi min hektara yaxın bağ və əkin sahəsinin cəmi 15%-ni sulaya bilmişik. Xaçmaz rayonu Üçgün kənd sakinləri belə bir iddia ilə "Xəzər Xəbər"ə müraciət ediblər. Kənd camaatı deyir ki, problemə səbəb məhz bu kəndə suyun az verilməsidir. Aidiyyəti qurumun da mövqeyini öyrəndik. Onlar isə günahı sakinlərdə gördülər.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakinlərinin əsas dolanışıqları bağçılıq və əkinçilikdən olsa da, su çatışmazlığı ucbatından bu imkanlarından da məhrum olmaq üzrədirlər. Bu, Xaçmaz rayonunun Üçgün kənd sakinlərinin iddiasıdır. Onların sözlərinə görə, 1000 hektara yaxın bağ və əkin sahəsinin cəmi 15%-i suvarılıb.
Yergüc Sudan İstifadə Edənlər Birliyinə daxil olan Üçgün kənd tarla agenti kəndlər arasında suyun düzgün bölünməməsini əsas gətirdi.
Yergüc Sudan İstifadə Edənlər Birliyinin sədri Niftəli Əspəndiyəv "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, problem təsərrüfat sahiblərinin növbəyə riayət etməmələrindən qaynaqlanır...
Qeyd edək ki, Üçgün kənd sakinləri bağlarına suyu Samur Abşeron su kanalından və Qudyalçay çayından götürürlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1564 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr