Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb

Azərbaycanda həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb"Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Buna nümunələrdən biri də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na dəyişikliklərin edilməsi üçün layihənin hazırlanmasıdır.

Dəyişikliklərlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur".

Sonxeber.az xəbər verir ki, bunu "report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, əsas məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərə vətəndaşların əlçatanlığını təmin etməkdir:

"Artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək. Hesab edirəm ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında stimullaşdırıcı amillərin rolu böyükdür. Bu gün həkimlərin fəaliyyəti və iş yükü kifayət qədər çoxdur.

Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə müəssisələrinə müraciətlərin sayında artım müşahidə edilir.

Bu artım da həkimlərin iş yükünün çoxalmasına səbəb olub. Hesab edirəm ki, tibb işçilərinin əməkhaqqlarının artırılması və maddi-texniki bazanın genişləndirilməsi tibbi xidmətlərin keyfiyyətinin də mərhələli şəkildə artmasına gətirib çıxaracaq".

Parlamentin Səhiyyə komitəsinin üzvü söyləyib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanması təqdirəlayiq addımdır:

"Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edəcək.

İcbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə daxil olan xidmətlərin artırılması onu göstərir ki, mərhələli şəkildə maddi-texniki baza və kadr potensialı yaxşılaşdıqca bu siyahının genişləndirilməsinin şahidi olacağıq. Çünki hələ də icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinin genişləndirilməsinə ehtiyac var".

Deputat bidlriib ki, stasionarlarda dərman təminatının yaxşılaşdırılması istiqamətində görülməli işlər çoxdur:

"Bəzən biz stasionar xidmətdə çatışmazlıqların şahidi oluruq. Burada təkcə maddi-texniki bazanın yaxşılaşdırılması və vəsaitlərin kifayət qədər olması yetərli deyil.

İcra mexanizminin işlək olması da vacibdir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində yerlərdə səhiyyənin düzgün idarə edilməsinin və kadrlar tərəfindən zamanında düzgün qərarların qəbul olunmasının böyük önəmi var. İnanıram ki, çatışmazlıqlarla bağlı məsələlər tədricən öz həllini tapacaq.

Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır.

Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2816   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr