Hasar üçün abidə? - Naməlum türk şəhidin məzarlığında qəribə dəyişiklik - VİDEO

Hasar üçün abidə? - Naməlum türk şəhidin məzarlığında qəribə dəyişiklik - VİDEOBakı-Şamaxı avtomobil yolunun kənarında kimsəsiz türk zabitinin xatirəsinə qoyulan abidə hasarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Teleaparıcı Kamran Həsənlinin paylaşdığı video Bakı-Şamaxı avtomobil yolunun kənarında, Acıdərə vadisində lentə alınıb.

K.Həsənli bununla bağlı Şamaxı İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara səslənərək abidə üzərində yazılanları hər kəsin oxuya bilməsi üçün istiqamətini dəyişmələri ilə bağlı müraciət ünvanlayıb:

"İnsanların bunu görməsi, oxuması və türk zabitinin abidəsi önündə dayanaraq ona hörmət əlamətini bildirmələri üçün abidə və üzərində yazılan məlumat yola tərəf qoyulsa, daha yaxşı olar".

Qeyd edək ki, məzarın Nuru paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycan xalqına qardaşlıq köməyinə gəlmiş Qafqaz İslam Ordusunun (QİO) döyüşçüsü olan naməlum türk şəhidinə aid olduğu deyilir.
Hasar üçün abidə? - Naməlum türk şəhidin məzarlığında qəribə dəyişiklik - VİDEOBəzi mənbələrə görə, Şamaxının Təklə kəndinin Məlik Məmməd adlı sakini bu qəbri abadlaşdıraraq, üstünü götürüb. Qəbir 1964-cü ildə yenidən abadlaşdırılıb. Bu dəfə belə bir qayğını əslən şamaxılı olan Bakı sakini Babaxan Qara oğlu Rzaxanov öz üzərinə götürüb.

Türk əsgərinin qəbrinin üstü və ətrafı sonuncu dəfə 2000-ci ildə abadlaşdırılıb. Bu işin təşəbbüsçüsü Türkiyənin Azərbaycandakı hərbi attaşesi tuğgeneral Sadık Ercan olub. Qəbrin abadlaşdırılması və yaxınlıqdakı meydançada QİO-nun şəhid olmuş döyüşçülərinə qoyulmuş abidə türk mütəxəssisləri tərəfindən layihələndirilib. Abadlaşdırma işləri zamanı qəbrin ətrafı möhkəmləndirilib, kənarlarına daş döşənib və önündə Azərbaycanın və Türkiyənin bayraqları qaldırılıb.

Qəbrin üzərinə Bəxtiyar Vahabzadənin yazdığı şeir həkk olunub, lakin o, məzar daşının arxa hissəsinə düşdüyündən yoldan keçən şəxslər bunu görmürlər. Bundan əlavə, qəbrin ətrafına çəkilən dəmir hasar məzar daşının üzərinə yazılanların aydın oxunmasının da qarşısını alır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3059   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr