Dövlət Xidmətindən Qənirə Paşayevanın iddialarına CAVAB

Dövlət Xidmətindən Qənirə Paşayevanın iddialarına CAVABMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti deputat Qənirə Paşayevanın Milli Məclisdə səsləndirdiyi iddialara münasibət bildirib.

Dövlət Xidmətinin yaydığı məlumatda deyilir:

"2020-2021-ci illərdə 134 abidənin bərpa və konservasiyasına 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77,3%-nin yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) öz fəaliyyətini dinamik şəkildə davam etdirir.

2021-ci il ərzində Dövlət Xidməti tərəfindən təşkilati, hüquqi, praktiki istiqamətdə kompleks tədbirlər görülüb, mövcud çağırışlara uyğun çevik idarəetmənin formalaşdırılması məqsədilə yenilənmələrə nail olunub.

Dövlət Xidmətinin strukturu təkmilləşdirilib, 22 oktyabr 2019-cu il tarixli AR Prezidentinin Fərmanının icrası təmin edilərək regional idarələr təsis edilib, abidələrin pasportlaşdırılması və mühafizə zonaları ilə bağlı sənədlərin hazırlanması işi davam etdirilib, bir sıra abidələrin layihə-smeta sənədlərinin tərtib edilməsi təmin edilib, 29 oktyabr 2020-ci il tarixli Prezident Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı monitorinqlər keçirilib, abidələrin elektron xəritələri hazırlanıb.

Dövlət Xidmətinin tabeliyindəki qoruqların Əsasnamələri təsdiqlənib, sıralarında qazilər və şəhid ailəsi nümayəndələri də olmaqla yeni abidə mühafizəçiləri işə götürülüb, struktur islahatları çərçivəsində beynəlxalq əməkdaşlıq, sənəd dövriyyəsi üzrə struktur vahidləri yaradılıb.

Şuşa qoruğunun fəaliyyəti üçün tələb olunan hüquqi və digər sənədlərin layihələri hazırlanaraq təsdiq üçün təqdim olunub. Eləcə də Şuşa şəhərindəki abidələrin inventarlaşdırılması tam başa çatdırılıb, elektron xəritədə yerləşdirilib, kataloqu tərtib edilib. Şuşa şəhəri üzrə bərpa təlimatının hazırlanması təmin edilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələri barədə məlumatlar Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib.

Bundan əlavə, abidələrin reyestrinin müasir tələblərə uyğun, elektron formada yaradılması üzrə fəaliyyət həyata keçirilməkdədir.

Əlaqələndirmə Qərargahının Mərkəzləşdirilmiş İdarəsi çərçivəsində fəaliyyət göstərən İşçi Qrupları, xüsusilə də Elm, Təhsil və Mədəniyyət və Şəhərsalma üzrə İşçi Qruplarında abidələrin qorunması işinin əlaqələndirilməsi məqsədilə təmsilçilik təmin olunur. Yenidənqurma və şəhərsalma prosesi çərçivəsində Mobil Qruplar formasında abidələrlə bağlı ekspert dəstəyi göstərilir.

2021-ci ilin sentyabr-oktyabr aylarında Hesablama Palatası tərəfindən "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin qiymətləndirilməsi" üzrə Səmərəlilik auditi keçirilib və daha sonra müvafiq hesabat hazırlanıb.

Dövlət Proqramı 2014-2020-ci illəri əhatə edir və müvafiq olaraq səmərəlilik auditi də 2020-ci ilin sonunadək olan müddət ərzində görülmüş işləri ehtiva edib.

Proqramın auditi onun icrasına başlanıldıqdan 7 il sonra, başa çatmasından 1 il ötdükdən sonra həyata keçirilib.

Hesablama Palatasının 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı səmərəlilik auditinin Milli Məclisin Mədəniyyət Komissiyasında müzakirəsi üzrə Komissiya sədri tərəfindən mətbuatda yayılmış məlumat ilə əlaqədar aşağıdakı bir sıra məqamların dəqiqləşdirilməsini vacib hesab edirik.

Belə ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib. Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər (Pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşma) görülür. Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür.

Pasportlaşma dövlət əsaslı vəsait qoyuluşu hesabına edilir. İllər ərazində formalaşmış təcrübəyə əsasən qeyd edilməlidir ki, pasportlaşma təhlili, tədqiqatı və sxematik/plan sənədlərinin tərtibatını, iş həcmi və maliyyə ehtiyatları, o cümlədən işin keyfiyyəti baxımından dəqiqliyi tələb edən prosesdir. 2012-2020-ci illər ərzində yekunlaşdırılması mümkün olmayan 4 000-dən çox abidənin pasportlaşması qısamüddətli hədəf qismində çıxış edə bilməz. Bu abidələrin bir çoxu dağlıq ərazilərdə, uçurumlarda və dağ aşırımlarında, habelə ucqar nöqtələrdə yerləşir, hazırkı vəziyyətini ilkin görünüşü ilə müqayisə etmək üçün geniş arxiv təhlillərini tələb edir. Müasir tələblər çərçivəsində dron çəkilişlərinin aparılması, 3d proyeksiyalarının formalaşdırlması da zəruri şərtlər sırasındadır. Məhz buna görə də pasportlaşma davamlı, ehtiyaclara mütənasib bir proses kimi icra olunmalıdır.

Həmçinin, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir.

Bir il ərzində 134 abidənin bərpa və konservasiyası mümkün deyildir və belə bir qeyd hər hansı sənəddə əks olunmayıb. 2020-2021-ci illərdə 40 milyon manat vəsaitin Dövlət Xidməti üçün ayrılması da doğru məlumat deyildir. Eyni zamanda, Gileyli məscidi 2018-ci ildə bərpa edilib. Müvafiq sənədlərə uyğun olaraq, məscidin minarəsinin bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkidilmə işlərinə 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub.

Hesablama Palatası tərəfindən tərtib edilmiş hesabatda olan 134 rəqəmi düzgün anlaşılmamışdır. Belə ki, həmin rəqəm investisiya siyahısına daxil edilmiş, lakin bərpası üçün əvvəlki illərdə büdcədən pul ayrılmayan abidələrin sayıdır.

Abidələrin bərpasına tələb olunan vəsait onun həcmindən, memarlıq xüsusiyyətlərindən, texniki vəziyyətindən, yerləşdiyi ərazidən, aid olduğu dövrdən və s. asılı olaraq dəyişir. Mövcud təcrübə və qiymətləndirmə göstərir ki, orta hesabla 4-5 abidənin bərpa-konservasiyası 600 min manatdan çox vəsait tələb edir.

Mədəniyyət Komissiyasında Hesablama Palatasının audit hesabatının müzakirəsinin 2014-2020-ci illər ərzində bir neçə dəfə (optimal olaraq, ildə 1 dəfə), icra müddəti başa çatmadan keçirilməsi real, effektiv nəticə verə bilərdi. Bu isə audit hesabatının 2014-cü ildən icra olunmağa başlayan Proqramın başa çatmasından sonra 2022-ci ildə Komissiyaya təqdim edilməsi ilə bağlıdır.

Müzakirə zamanı müvafiq dövlət orqanının (Dövlət Xidməti) Hesablama Palatasına ünvanladığı dəqiqləşdirmə məqsədli cavabı ilə də tanış olmaq və bu dövlət orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsini müzakirədə iştiraka dəvət etmək məsələ barədə düzgün və dolğun fikir formalaşdırmağa xidmət edə bilərdi".

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin plenar iclasında "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın nəticəliliyinin qiymətləndirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsinin narahatlıq yaratdığını bildirib. O qeyd edib ki, orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub:

"Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni - Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1755   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun