Cütlüklər qovuşa bilmirlər: Əl yandıran toy qiymətləri, süni artım, yoxsa inflyasiya? - ARAŞDIRMA

Cütlüklər qovuşa bilmirlər: Əl yandıran toy qiymətləri, süni artım, yoxsa inflyasiya? - ARAŞDIRMASon iki ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox sahələrin fəaliyyətində durğunluq müşahidə edilirdi. Bunlardan biri də toy mərasimlərinin keçirilməsidir.

Karantin rejimi çərçivəsində qoyulan məhdudiyyətlər bu sektorda fəaliyyət göstərən sahibkarları o qədər çətinə saldı ki, dövlət tərəfindən onlara göstərilən yardım belə, kifayət etmədi, süni qiymət artımları qaçılmaz oldu.

Məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra isə Ramazan ayı daha otuz gün toy-büsatın keçirilməsini ertələdi.

İlin əvvəlindən dünyadakı bir çox proseslər, xüsusən Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymət artımı özünü bir çox sahədə göstərdi. Bu, yalnız şadlıq evlərinin qiymətlərində deyil, toya hazırlıq prosesində də hiss olunur. İndiyədək gənc cütlüklər pandemiyanı gözlədilər, karantini gözlədilər, bayramı gözlədilər, amma yenə də əl yandıran qiymətlər səbəbindən toy edə bilmirlər.

Toy bazarlığı edirsən, gəlinliyi icarəyə götürürsən, el dili ilə desək, qızın cer-cehizini yığırsan, şadlıq evinə pul qalmır. Şadlıq evi üçün pulun başını-ayağını yığanda da xırda alış-verişlərə büdcə çatmır. Gənc cütlüklər necə evlənsinlər?

Ümumiyyətlə, bu sahənin tənzimlənmə mexanizmi varmı? Bu cür qiymət artımı insafsızlıq deyilmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyir ki, toy qiymətlərinin tənzimlənmə mexanizmi yoxdur:

"Bu sahədə qiymətlərin tənzimlənməsi heç olmamalıdır, çünki bu restoran biznesi kifayət qədər rəqabətli sahədir. Sahənin oyunçuları çoxdur və özü-özünü tənzimləyir. Bu heç dünya ölkələrində də tənzimlənmir. Burada sahibkarlar bazar şərtlərinə uyğun davranırlar".

Ekspert qeyd edir ki, bu artım və ya dəyişikliklər süni qiymət artımı hesab olunmur:

"Süni qiymət artımı - inhisarçı müəssisələrin tətbiq etdiyi qiymətlərdir. Restoran sahəsində isə rəqabət və seçim azadlığı var. Restoranlarda formalaşan qiymətlərin buraya aidiyyəti olmur. Süni qiymətləri dövlət inhisarçı müəssisələri, idxal və istehsalatda inhisarçı müəssisələr tətbiq edə bilər. Qalan qiymətlər bazar qiymətləri adlanır".

Dünyada ciddi inflyasiya getdiyini deyən ekspert qeyd edir ki, ABŞ-da, Avropada yeddi-səkkiz faizlik inflyasiya var:

"Azərbaycanda ikirəqəmli inflyasiya var. Ərzaq qiymətləri, hansı ki, ölkədə toy qiymətlərinə ciddi təsir edir, son 12 ay ərzində 18 faiz artıb. Ümumiyyətlə, dünyada ərzaq qiymətləri son bir ildə 34 faizdən çox bahalaşıb, tək mart ayında qlobal miqyasda 12,6 faiz artıb. Duru yağların qiymətində 23,2%, ət məhsullarında 6,8%, süd məhsullarında 2,6%, taxıl məhsullarında isə 17,2% artım var. Bu artımlar bazara təsir edəcək, bu gün şadlıq saraylarında gördüyümüz qiymətlər son deyil, bu artım davam edəcək.

Əvvəl şadlıq saraylarında qonaqların sayında məhdudiyyətlər olduğundan, bu, sabit xərcləri artırırdı. Məcbur qalıb qiymətləri artırırdılar. Daha sonra məhdudiyyətlər aradan qalxdı, toylar genişləndi və ona görə də hazırkı ciddi qiymət artımları ərzaq, kommunal sahəsində olan bahalaşma ilə əlaqəlidir.

Şadlıq saraylarının icarə qiyməti qalxmayıb ki, deyək, əvvəl 50 min olan icarə haqqı artaraq indi 80 minə çatıb. Elə vəziyyət yoxdur. Artım ancaq yemək, işıq, qaz, su, ərzaq qiymətlərində müşahidə edilir. Heç qeyri-hökumət sektorunda işçilərin əməkhaqlarında da artım yoxdur. Toy mərasimləri üçün təklif edilən qiymətlərdə süni qiymət artımı yoxdur, çünki dediyimiz faktorlar buna təsir edir. Ərzaq artımı, kommunal xərclər artdığı üçün şadlıq saraylarında bu qiymətlər menyuya yansıyır".

Şadlıq evləri və restoranlarda hazırkı qiymətlərə gəlincə, bunlar regionlara görə dəyişir. Şəki, Quba, Xaçmaz və digər regionlarda toy mərasimi üçün şadlıq evlərində masanın qiyməti (bir nəfər üçün) 25-30-35 AZN arası dəyişir. Təbii ki, bu rəqəmlər menyu və adam sayına görə tənzimlənir. Regionlarda toy sahibləri şadlıq evlərini icarəyə də götürürlər (yəni yeməkləri özləri hazırlayırlar və s.), belə halda isə qiymət 9-10 min manat arasında dəyişir.

Paytaxtda isə pandemiyadan qabaq masa qiymətləri (bir nəfər üçün) 38-40 manat qiymət aralığında dəyişən şadlıq evlərinin qiyməti məhdudiyyətlər aradan qaldırılanda 50-55 manata çatırdı. Məhdudiyyət tətbiq edildiyi ərəfələrdə isə restoranların masa qiymətləri 65-75 manat arasında dəyişirdi. Bu gün əksər restoranların masa qiymətləri bir nəfər üçün 58-65 AZN arasındadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1380   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr