""TikTok" ulduzlarına imkan vermişik ki, evimizə qədər gəlib girsinlər!"

""TikTok" ulduzlarına imkan vermişik ki, evimizə qədər gəlib girsinlər!"İstiqamət: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Son zamanlar intiharların sayı artır. Buna səbəb kimi fərqli problemləri qeyd edirlər. Yeniyetmələrin isə daha çox imtahandan az bal topladıqları üçün intihar etdikləri bildirilir. Əgər səbəb imtahan balının yüksək olmasıdırsa, o zaman keçid ballarını endirmək mümkündürmü?

Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
""TikTok" ulduzlarına imkan vermişik ki, evimizə qədər gəlib girsinlər!"O təsdiqləyib ki, son illərin statistikasına əsasən, şagirdlər, eyni zamanda ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında intihar halları artıb.

"Məsələn, on il bundan əvvəl belə hadisələr minimum həddə olduğu halda, indi ay ərzində az qala 6-7 bu tip xəbər görürük.

"Bu xoşagəlməz tendensiyanın bir neçə səbəbi var. Təbii ki, məktəblərdə təhsil alan şagirdlər ən sonda bu yolu seçirlər. Hesab edirəm ki, səbəblər sırasında qəbul imtahanları ilk yerdədir.

Məsələn, Azərbaycanda ali və orta təhsil müəssisələrinə qəbul imtahanları dövrüdür və biz bilirik ki, artıq mart-aprel ayında IX-XI-ci sinif uşaqları imtahanı veriblər. Nəticələr bilavasitə xoşagəlməz tendensiyaya yol aça bilir.

Valideynlərin zəif nəticələrə görə övladlarına təzyiq göstərmə halları artır. Amma onlar başa düşmürlər ki, uşaqların gələcək uğuru, karyerası təkcə ali və orta ixtisas müəssisələrinə qəbul olmaqdan asılı deyil. Bunun da kifayət qədər yolu var. Bu gün Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan insanların hər biri uğurlu, xoşbəxt və gələcəyin mütəxəssisi deyil.

Əmək bazarında elə insanlar var ki, onlar ümumiyyətlə heç bir yerdə təhsil almayıblar, lakin kifayət qədər uğurludurlar.

Bundan başqa, təkcə ali təhsil almaq, qəbul imtahanında yüksək bal toplamaqla iş bitmir. Azərbaycanda ali təhsilin əlçatanlığı kifayət qədər təmin olunub. Yəni uşaqlar I, II, III və IV qrupa qəbul olmasalar, onlar həmin imtahan nəticələri ilə V ixtisas qrupu üzrə seçim edə, yaxud kolleclərə qəbul olub, iki ildən sonra imtahansız ali təhsil müəssisələrinə ixtisas seçimi edə bilərlər.

Bu il ilk dəfə olaraq Azərbaycanda ali təhsil müssisələrində hazırlıq qrupları fəaliyyət göstərəcək. Bu, ciddi bir məsələdir. Artıq ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər elə ali təhsil müəssisələrində hazırlıq qruplarında oxuyub, bir il sonra tələbə adı qazana bilərlər və ya xarici ölkələrdə daha ucuz və keyfiyyətli şəkildə təhsillərini davam etdirə bilərlər.

Valideynlər sadəcə övladlarına dəstək olmalıdırlar. Çünki həmin şəxsləri azı 15-16 il əziyyət çəkib, böyüdüblər. İnsan həyatından dəyərli heç nə ola bilməz. Valideynlər anlamalıdırlar ki, belə yanaşmaları ilə öz uşaqlarını itirirlər!

Bunlar məsələnin imtahanla bağlı tərəfidir. Digər tərəflərdən isə sosial şəbəkələr faktoru var. Valideynlər uşaqlarla işləmirlər! Bu gün bizim bir çox analarımız əllərində telefon tutduqları qədər uşaqlarının əllərindən tutmurlar. Bu gün bəzi analarımız sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladaları ilə vaxt keçirmirlər və övladları sosial şəbəkələrdə kimlərinsə şantajına, bəzən tapşırıqlarına uyğun olaraq hərəkət edirlər. Yekun nəticədə isə biz onları itiririk.

Valideynlər uşaqlarını dinləməlidirlər. İndiki uşaqlar kifayət qədər informasiya alırlar. 20-30 il bundan əvvəl hamı maksimum dövlət televiziyasına baxardı. Yəni informasiya mənbəyi təkcə bu idi. Bu gün isə kifayət qədər saytlar, eyni zamanda sosial şəbəkələr var ki, insanların psixologiyasına çox mənfi təsir göstərir, bu da xoşagəlməz nəticələrə gətirib çıxara bilir.

Təsəvvür edin, biz heç vaxt şagirdin digər şagirdi bıçaqlamasını görməzdik, xüsusən də qızlar arasında. Lakin indi artıq bu, bizim məktəblərdə adi hala çevrilib.

Bütün bunlar onu göstərir ki, biz artıq uşaqlarımızı itiririk! Uşaqlar sosial şəbəkələrdə vaxt keçirərək özlərini oradaki mənfi qəhrəmanlara oxşadırlar.

Digər əhəmiyyətli problem ondan ibarətdir ki, bu gün bizim dərsliklərimiz də şəxsiyyət yetişdirmir. Bizdə bir müsbət qəhrəman obrazı yoxdur.

Azərbaycan 44 günlük Vətən müharibəsində dünyaya meydan oxudu. Bizim igidlərimiz var, amma biz onları dərsliklərimizdə gətirib təbliğ edə bilmirik ki, uşaqlarımız onları o qəhrəmanlara bənzəmək istəsinlər.

Bizim xanım şəhidlərimiz də var, lakin biz onları təbliğ edə bilmirik! Əvəzində hansısa kino-serial qəhrəmanlarını, müğənniləri, "TikTok" ulduzlarını təbliğ edirik! Sadəcə təbliğ etmirik, biz onlara imkan vermişik ki, evimizə qədər gəlib girsinlər! Ona görə də bu gün azyaşlılar arasında da intiharlar baş verir!

Məktəb psixoloqları işləmirlər, uşaqlar arasında qeyd aparırmırlar. Danışanda da deyirlər ki, maaşları azdır. Maaşı azdır, amma camaatın balası ölür axı!

Cəmiyyətin üzvləri kompleks şəkildə işləməlidirlər.

Burada təhsil nazirinin üzərinə çox böyük yük düşür. Amma etiraf edək ki, onlar bu yükü qaldıra bilmirlər".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
""TikTok" ulduzlarına imkan vermişik ki, evimizə qədər gəlib girsinlər!"ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4535   Tarix: 06 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Vahid məktəbli forması: geyimdən daha böyük məsələ - məktəb mədəniyyəti, bərabərlik və tərbiyə

Məktəbli formasına münasibət cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Bir tərəfdən uşaqların fərdiliyi, rahatlığı və ailələrin seçim hüququ önə çəkilir, digər tərəfdən isə məktəb mühitində vahid standartın, intizamın, bərabərliyin və təhsil prosesinə uyğun geyim mədəniyyətinin qorunmasını

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr
.

Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video

Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər. Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər. Onlar bildiriblər ki

21 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr