Müharibə genişlənə bilər - NATO-dan xəbərdarlıq
Şimali Atlantika Alyansı yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.
Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, bunu "Welt am Sonntag" nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Eyni zamanda Stoltenberq Ukraynaya silah tədarükünün davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
"Ukrayna uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalma silahlarla müdafiə edə bilməz, müasir Qərb silahlarına keçməlidir",- o deyib.
Stoltenberq Rusiyanı Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib: "Bizim mesajımız aydındır, nüvə silahından istifadə ona gətirib çıxaracaq ki, hər tərəfdə yalnız məğlub olanlar olacaq".
NATO-nun baş katibi həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin təhdidlərinə baxmayaraq, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyanın nüvə arsenalının yüksək hazırlıq vəziyyətinə gətirildiyini göstərən heç bir məlumat təşkilatda yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1573 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
24 oktyabrPentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır
ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir
23 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabr