Azərbaycanlı iş adamının yaxtası Almaniyanın əlinə keçdi - DETALLAR

Azərbaycanlı iş adamının yaxtası Almaniyanın əlinə keçdi - DETALLARAlmaniya hakimiyyəti azərbaycanlı əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus 360 milyon dollarlıq "Luna" super yaxtasını müsadirə edə bilər. Hazırda yaxta Almaniyanın Hamburq limanında təmir olunur.

Sonxeber.az "luxurylaunches.com" saytına istinadən xəbər verir ki, Əhmədov Aİ sanksiyalarına məruz qaldığı üçün yaxtanın müsadirəsinə hazırlıq gedir.

Hətta əvvəllər Əhmədovla həyat yoldaşı Tatyana arasında boşanma davası səbəbindən "Luna" yaxtası bir neçə il Dubay limanında olub. Və yalnız keçən ilin dekabrında keçmiş cütlük qarşılıqlı kompensasiya haqqında razılaşdıqda, o, Hamburqdakı gəmiqayırma zavodlarından birinə təmir üçün gətirilib.

Fərhad Əhmədovun özü bu ilin aprelində Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Bu isə o deməkdir ki, "Luna" yaxtası, eləcə də azərbaycanlı milyarderin Qərbdəki digər aktivləri müsadirə edilməlidir.

Bununla belə, Almaniya hakimiyyəti "Luna"nın qanuni sahibinin müəyyənləşdirilməsi prosedurlarının hələ həyata keçirilmədiyini və yaxtanın təmirinin tam olaraq sifarişçi tərəfindən ödənilmədiyini əsas gətirərək sanksiyaları həyata keçirməyə hələ başlamayıb.

Eyni zamanda, Berlindəki bir neçə mənbə bildirib ki, gəmi Hamburqdan çıxmağa cəhd edən kimi yerli hakimiyyət orqanları onu dərhal həbs edəcək.

Xatırladaq ki, İsveçrə bu yaxınlarda Aİ-nin bir sıra rus oliqarxlarına, o cümlədən Fərhad Əhmədova məxsus onlarla İsveçrə bank hesablarının müsadirəsini nəzərdə tutan beşinci anti-Rusiya sanksiyalar paketini dəstəkləmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2873   Tarix: 08 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

11 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb

Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə

17 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021