"Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü" - Emil Əkbərov

"Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdü" - Emil Əkbərov"Bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik".

Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.

Emil Akbarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşına həkk olunub:

"Ümummilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, Vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübarizəsi onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən Zəfərlə başa çatdırıldı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi gündən Azərbaycanın müstəqilliyi, xalqımızın öz haqqına sahib çıxması uğrunda mübarizəyə başlayıb və bu işi böyük uzaqgörənliklə aparıb. O, hər zaman Vətəninə və xalqına olan sevgisini özünün və ailəsinin həyatından üstün tutub. Məhz bu səbəbdən xalqın çoxsaylı xahişləri, təkidli tələb və müraciətləri ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli liderimiz Azərbaycanı təhlükələrdən, parçalanmaqdan və yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilməkdən xilas etdi. Onun rəhbərliyi ilə müstəqil dövlətimiz çox böyük uğurlar qazandı. Ən önəmlisi isə odur ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın sürətli, hərtərəfli və uzunmüddətli inkişaf strategiyası hazırlandı. Məhz onun bütün sahələrdə, eləcə də ordu quruculuğunda təməlini qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qısa müddət ərzində möhtəşəm zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi".

Emil Akbarov Heydər Əliyevin zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşdüyünü vurğulayıb:

"Azərbaycan dövləti var olduqca, onun zəhmətləri, fədakarlığı unudulmayacaq və xalqımızın qəlbində daim yaşayacaq. Ulu Öndər xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə apardı, şərəfli, mənalı ömür yolu keçdi, bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyyətindən asılı olmayaraq, bütün insanlara eyni münasibətin bəslənilməsi üçün apardığı mübarizəyə həsr etdi.

Bu gün cənab Prezident İlham Əliyev atasının başlatdığı siyasəti uğurla davam etdirərək Azərbaycanı regionda diqtə edən və düşməni lərzəyə gətirən dövlət səviyyəsinə çatdırıb. Ulu Öndər Heydər Əliyev hər zaman çıxışlarında tezliklə Şuşamıza və Qarabağımıza yenidən qayıdacağımızı qeyd edirdi. Bu gün onun bu arzusunu oğlu və layiqli davamçısı, cənab Prezident İlham Əliyev reallaşdırdı.

Əminəm ki, bu gün Ulu Öndər Heydər Əliyev həyatda olsaydı, bu möhtəşəm qələbə münasibəti ilə, bütün Azərbaycan xalqı kimi, o da oğlu ilə qürur duyardı. İnanıram ki, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevlə dövlətimizin uğurları davamlı olacaq və o, regiondakı mövqeyimizi daha da möhkəm edəcək.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1165   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr
.

Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası

"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan

6 noyabr
.

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar

3 noyabr
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

3 noyabr
.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

6 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr