Pekində yoluxma artır
Çinin paytaxtı Pekində ilk dəfə aprelin 22-də aşkarlanan "Omikron" variantını daşıyan yerli mənşəli yoluxmaların yol açdığı koronavirus epidemiyası davam edir.
Son 24 saat ərzində xəstəliyə 61 əlamətli, 13 əlamətsiz yoluxma halı aşkar edilib.
Şəhərdə xəstəlik əlamətləri görülən halların sayı ötən günlə müqayisədə iki dəfə artıb.
Yoluxmaların intensiv olduğu Çaoyanq və Şunyi rayonlarında yaşayanların hərəkət məhdudiyyəti davam edir. Hər iki rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılıb, parklar və ictimai yerlər giriş-çıxış üçün bağlanıb, insanlara evlərini tərk etməmək tövsiyə edilib.
Bildirilib ki, şəhərdə uşaq bağçaları, ibtidai və orta məktəblərdə onlayn təhsil davam etdiriləcək, restoranlar yalnız çatdırılma xidməti göstərməyə davam edəcək, idman zalları, kinoteatrlar və digər qapalı əyləncə mərkəzləri bağlı qalacaq.
Bundan əlavə, mayın 12-dən etibarən bütün vətəndaşlardan ictimaiyyət üçün açıq olan qapalı ərazilərə daxil olarkən son 48 saat ərzində edilən koronavirus testinin mənfi nəticəsini, habelə mobil sağlamlıq kodlarını göstərmələri tələb olunacaq.
21 milyondan çox əhalisi olan metropolda Şanxaydakı kimi qapanmanı tələb edəcək yayılma ehtimalı narahatlıq doğurur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri