200 illik "Qafqaz planı"nı yıxan dahi lider Heydər Əliyev - VİDEO
"Heydər Əliyev həm Türkiyə ilə "bir millət, iki dövlət" şüarını yaratdı, həm də Qafqazda 200 illik "erməni layihəsi"ni yıxdı. Azərbaycanın və Qafqazın taleyi Heydər Əliyevin siyasəti ilə tamamilə dəyişdi".
Bu barədə Türkiyənin "Haber Global" televiziyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı hazırladığı süjetində qeyd olunub.
Süjetdə 19-cu əsrdən etibarən ermənilərin Çar Rusiyası, İran və Anadoludan bir plan daxilində Azərbaycana köçürüldüyü vurğulanıb. Bu plana əsasən bölgədə ermənilərin sayı artırılıb. SSRİ dövründə vaxtilə Azərbaycan ərazilərinə köçürülən ermənilərin "Böyük Ermənistan" planının icrasına başlanılıb. Bundan ürəklənən ermənilər Azərbaycanın bir çox bölgələrinə ərazi iddiaları irəli sürüblər.
Bütün bu məkrli planların qarşısında isə Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi Heydər Əliyev dayanıb.
Lakin ermənilər 80-ci illərdə Heydər Əliyevin SSRİ-dəki vəzifəsindən uzaqlaşdırılması və sonradan sovet imperiyasının süqutu ilə daha da azğınlaşıblar. Onlar Azərbaycan torpaqlarını işğal ediblər.
Bu məqamda isə yenidən xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev 200 illik məkrli planı alt-üst edib. Ermənilərin Azərbaycanı məhv etmək planlarının qarşısını alıb.
"Heydər Əliyev həyata gözlərini yumanda özündən sonra strateji dahiliyini miras qoydu", - deyə süjetdə qeyd olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman ümummilli liderin siyasi kursuna sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib.
Süjetdə vurğulanır ki, Türkiyə-Azərbaycan qardaşlığı da bizə Heydər Əliyevdən miras qalıb. Elə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars bəyannaməsinin 100-cü ildönümündə Şuşa bəyannaməsini imzalamaları da bu qardaşlıq münasibətlərini daha da möhkəmləndirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1247 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
6 noyabrDüzgün iqtisadi siyasətin möhtəşəm zəfəri
Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs
3 noyabrİlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
5 noyabrİlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
6 noyabrQədim Şuşada gözəllik yaradılır
Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu
2 noyabrAzərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Fərman işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifad
5 noyabr