Jurnalistin ölümlə hədələnməsi: Fürsətcil təşkilatlar...

Jurnalistin ölümlə hədələnməsi: Fürsətcil təşkilatlar...Jurnalist Aytən Məmmədova mayın 8-də fiziki şiddətə məruz qalıb. O, Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı keçirilən məhkəmə istintaqını işıqlandırır.

Qətldə ittiham edilən İlkin Süleymanovun təqsirsiz olmasına dair fikirlər mövcuddur və Aytən Məmmədova həmin məqamlara toxunur. Təqsirsiz olduğunu demir, sadəcə ortada şübhəli məqamların çox olduğunu bildirir.

Görünür ki, Aytən Məmmədovanın jurnalist fəaliyyəti kimlərinsə marağı əleyhinə yönəlib və nəticədə Aytən Məmmədovanı hədələyiblər, boğazına bıçaq dirəyib, qızı ilə onu təhdid ediblər.

Aytən Məmmədova deyir ki, hadisədən 20 gün əvvəl tanımadığı şəxs telefonuna zəng edərək onu təhqir edib. O, həmin telefon zəngi ilə hücum arasında hansısa əlaqə ola biləcəyini istisna etmir.

Bu, nəinki tənqid olunası, hətta pisləniləsi haldır və ictimaiyyət nümayəndələri bu hadisəni ümumilikdə jurnalistikaya qarşı hal kimi dəyərləndirirlər.

Törədilən cinayətlə bağlı istintaq aparılır, əmin olaq ki, bu işin üstü açılacaq və Aytən Məmmədovaya qarşı bu hərəkətin müəllifləri və icraçıları cəzalandırılacaqlar.

Daxili İşlər Nazirliyi bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin "Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə" maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir, beynəlxalq təşkilatlar hadisəni pisləyən bəyanatlar yayırlar. Bu da normaldır, amma üzdə. Daxilə nüfuz etdikdə bəzi beynəlxalq təşkilatların etik normaları aşdığını və fürsətcilliyini görmək mümkündür.

Hələ istintaq gedir və Azərbaycan hüquq-mühafizə orqanları bunun məsuliyyətini öz üzərinə götürüb.

Medianın İnkişafı Agentliyi qeyd edib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və məsələni diqqətdə saxlayırlar.

Beynəlxalq təşkilatlardan bəziləri sadəcə prinsiplərə əsasən çağırışlar edirlər. Bəziləri isə baş verəni Azərbaycana qarşı hücuma keçmək üçün fürsət kimi dəyərləndirirlər. Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayanan "Human Right Watch" təşkilatı kimi.

Bu cür sui-istifadə nəyə lazımdır? Azərbaycana lazım deyil. Fürsətcillər isə daim tapılacaq.

Belə fürsətcil təşkilatlardan biri də Milli Demokratiya Fondudur. Bu Fondun Azərbaycanla bağlı məqsədləri qaranlıqdır. Bu barədə Azərbaycan mətbuatında da məlumatlar dərc olunub.

Hələ bir neçə ay öncə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycanda həyata keçirilməsi məqsədilə 15 yeni qrant layihəsini təqdim edib.

Fondun rəsmi saytında dərc olunan məlumata əsasən, qrantlar insan haqları, şəffaflıq (korrupsiya ilə mübarizə), müstəqil KİV və ölkədə demokratiyanın inkişafı istiqamətləri üzrədir. Qrantların dəyəri 26 345 – 156 358 ABŞ dolları diapazonundadır.

Ən böyük qrant "Azərbaycanda müstəqil KİV-ə dəstək" üzrədir. Ümumiyyətlə, KİV-lə bağlı üç istiqamət mövcuddur: "Müstəqil xəbər veb-saytı" (96 900 ABŞ dolları), "Xəbər aqreqatoru" (34 028 ABŞ dollar), "Azərbaycanda müstəqil KİV-ə dəstək" (156 358 ABŞ dolları).

Fond qrant alan tərəflərdən Azərbaycanda baş verən arzuolunmaz hadisələri – insan haqlarının pozulması, korrupsiya və s. faktları – araşdırmaq, işıqlandırmaq, hesabatlar hazırlamaq tələb edir. Qrantların ümumi məbləği 970 235 ABŞ dollarıdır.

Bəllidir ki, bu tip qrantlar insan hüquqlarının müdafiəsinə deyil, qarşıdurma yaratmaq üçün ayrılır./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1346   Tarix: 11 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

3 noyabr
.

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar

3 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

8 Noyabr - Şuşanın azad edildiyi gündür

8 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynayıb və Azərbaycanın tarixi Zəfərin

6 noyabr