"Zəngilan beynəlxalq investorlar üçün cəlbedici bir məkana çevriləcək"

"Zəngilan beynəlxalq investorlar üçün cəlbedici bir məkana çevriləcək""Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 4-də Zəngilan iqdisadi rayonuna daxil olan Zəngilan rayonuna prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı çıxşında postmüharibə dövrünün bir sıra vacib məsələlərinə diqqəti cəlb edib. Ermənistanın işğal dövründə Azərbaycanın ərazilərində, eləcə də Zəngilan rarayonunda törətdiyi vəhşilik, dağıntı, barbarlıq və vandalizm hərəkətləri də xüsusilə vurğulanıb".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

O bildirib ki, Prezident Zəngilanda faktiki olaraq salamat bir binanın qalmadığını vurğulayıb:

"Yalnız bir neçə bina qalmışdı, o da yalnız erməni hərbçilərinin özlərinin yerləşdiyi binalar idi.

İlham Əliyev vurğulayıb ki, onlar təkcə tarixi, mədəni abidələri məhv etməyib, eyni zamanda meşə zolağına çox böyük zərbə endiriblər.
Meşə zolağının 50-60 faizi məhv edilib. Zəngilan, Avropa məkanında çinar ağaclarının geniş yayıldığı ən böyük areal olaraq, daha böyük itkilərə məruz qalıb.

Prezident Bəsitçay Dövlət Təbiət Qoruğunda ermənilərin törətdiyi vəhşiliyə xüsusi diqqət cəlb edib, onların ərazilərimizdə həyata keçirdiyi həm mədəni, həm də ekoloji terror siyasətinə toxunub və vurğulayıb ki, Ermənistan bütün cinayətlərə görə cavab verməli olacaq. Biz ermənilərin dağıtdığı bütün məkanlarda foto və video çəkilişlər aparmışıq. Onların vəziyyəti və dağıntının miqyası ilə bağlı qeydlər aparmışıq. Gələcəkdə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı öz haqq səsimizi ucaldacağıq! Ermənistan məsuliyyətə cəlb olunmalıdır və təzminat ödəməlidir!

Zəngilan ərazisində olan qızıl və digər yataqlardan həm ermənilərin, həm də onların xaricdəki havadarlarının, şirkətlərin istifadə etməsi, eləcə də digər qanunazidd hərəkətləri ilə bağlı məsələləri beynəlxalq məhkəmələrdə qaldıracağıq.

Eyni zamanda, ölkə başcımız qeyd edib ki, Zəngilanda quruculuq işləri sürətlə gedir. Artıq bu il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.

Zəngəzur dəhlizinin mühüm hissəsi məhz Zəngilan ərazisindən keçir və artıq bu istiqamətdə həm dəmiryol, həm də avtomobil xətlərinin çəkilişi prosesi sürətlə irəliləməkdədir.

Bütün bu proseslər nəticəsində Zəngilan öz coğrafi şəraitinə, potensialına, unikal vəziyyətinə görə beynəlxalq investorlar üçün cəlbedici bir məkana çevriləcək.

Zəngilanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi imkanları və potensialı çox böyükdür.

Zəngilan, Zəngəzur dəhlizin tərkib hissəsi olaraq, təkcə Azərbaycanın əsas hissəsini Naxcıvanla birləşdirməyəcək, eyni zamanda beynəlxalq nəqliyyat yolunun üzərində mühüm məntəqə kimi onun statusu daha da genişlənəcək.

Prezident bir daha vurğulayıb ki, qarşımızda dayanan hədəfləri həyata keçirmək üçün bizdə siyasi iradə, iqdisadi potensial, insani resurslar, maliyyə resurslarımız və beynəlxalq əməkdaşlığımız var. Keçən il Qarabağın bərpası ilə bağlı işlərə 2.2 milyard manat vəsait ayrılıb, bu il yenə 2.2 milyard manat vəsait ayrılıb. Yəni iki il ərzində ümumilikdə 4.4 milyard vəsait Qarabağın bərpası işlərinə yönəlib və bu proses çox sürətlə getməkdədir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1950   Tarix: 11 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Düzgün iqtisadi siyasətin möhtəşəm zəfəri

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının beşinci ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəs

3 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

3 noyabr
.

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar

3 noyabr
.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

8 Noyabr - Şuşanın azad edildiyi gündür

8 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynayıb və Azərbaycanın tarixi Zəfərin

6 noyabr