Zelenski müharibənin nə vaxt bitəcəyini açıqladı
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Ukraynanın bütün ərazilərini və insanlarını geri qaytarmasından sonra başa çatacaq.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri ilə onlayn görüş zamanı deyib.
"Mən açıq deyirəm: Bizə çox şey lazım deyil... Biz dövlətimizə, torpağımıza sülhü qaytarmaq istəyirik. Rusiya bir-bir əlimizdən bütün hüquqlarımızı aldı: Torpaq hüququmuzu, seçmək hüququmuzu və nəhayət, indi də növbə yaşamaq hüququmuza gəlib çatıb", - deyə dövlət başçısı bəyan edib.
O izah edib ki, danışıqlar yalnız o baxımdan aparıla bilər ki, Rusiya öz qərarlarının yanlışlığını və fəlakətli xarakterini anlasın, həmçinin Ukraynada törədilən cinayətlərin cəzasını çəkməyə hazır olsun.
Prezident vurğulayıb ki, Ukrayna şəhər və kəndlərində, eləcə də Buça, İrpen və Mariupolda olduğu kimi rusiyalı hərbçilərin törətikləri vəhşiliklər üzə çıxdıqca onlarla danışıqlar aparmağa həvəs azalır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3928 Tarix: 11 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib. "Report" "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb. SEPAH-ın bəyanatına görə, toqquşmala
6 iyunDənizdə bir həftə qalan çinli turist sağ tapılıb
Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib. xəbər verir ki, bu barədə HNTV məlumat yayıb. Məlumata görə, çinli turist təsadüfən Haynan adası yaxınlığında dənizə düşüb və sahilə çıxa bilməyib. O, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan suda qalıb və sağ qalmaq üçün yalnı
7 iyunZelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir
Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlarda
7 iyunİsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı
İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb. "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensi
7 iyunİspaniyada Papa XIV Leonun dini ayininə bir milyondan çox insan qatılıb
İspaniyada Roma Papası XIV Leonun rəhbərlik etdiyi messada (dini ayində) iştirak etmək üçün təxminən 1.2 milyon insan paytaxt Madridin Sibeles meydanı ətrafına toplaşıb. bildirir ki, bu barədə "Reuters" agentliyi mərasimin təşkilatçılarına istinadən xəbər verir. Bu hadisə pontifikin İspaniyay
7 iyun