"Heç kim Ermənistanı Azərbaycan əsgərinin qəzəbindən qoruya bilməyəcək"

"Heç kim Ermənistanı Azərbaycan əsgərinin qəzəbindən qoruya bilməyəcək"Son Brüssel görüşündən sonra Azərbaycanın tələblərinə razılıq verən Ermənistan yenə "gah mıxa, gah da nala vurmağa" başlayıb. Moskva görüşündən sonra ciddi şəkildə dəyişən Ermənistanın Baş naziri Nikol Paşinyan öz bəyanatlarında yenə də sərsəm fikirlər irəli sürməkdən vaz keçməyib. Hətta onun Niderlandda səfərdə olduğu zaman yerli rəsmilərin, o cümlədən erməni diasporunun nümayəndələri qarşısında səsləndirdiyi nitq sadəcə böyük bir fiasko və erməni xislətinin göstəricisidir. Elə bu məqamda yenə də sərhəddən təxribat xəbəri eşitdik. Ermənistan adəti üzrə yenə atəşkəsi pozaraq öz ənənəsinə sadiq qaldı. Maraqlıdır, müharibə bitdiyi halda onlar niyə yenə təxribat törədirlər? Bu işlərin pərdəarxasında Baş nazir özü dayanır, yoxsa "gizli bir əl" burada vəziyyəti gərginləşdirir? Proseslərin indiki axarında Ermənistanın təxribatlarının qaşrısı necə alınmalıdır? Məsuliyyətə kimlər cəlb oluna bilər və ya olunmalıdır?

Məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Bəhruz Məhərrəmov açıqlama verib.
"Heç kim Ermənistanı Azərbaycan əsgərinin qəzəbindən qoruya bilməyəcək"O bildirib ki, Ermənistan tərəfinin atəşkəsi yenidən pozması İrəvanın əslində sülh niyyətinin olmadığını göstərir:

"Baş nazir Nikol Paşinyanın Niderlandda səsləndirdiyi ittihamlar fonunda təhlil edərkən Ermənistan rəhbərliyinin sülh sazişi üzrə davranışlarının əslində imitasiya olduğu ilə bağlı şübhə yaranır. Bu, özlüyündə çox təhlükəli bir tendensiyadır və açıq demək lazımdır ki, mövcud təhlükəli situasiya Azərbaycan yox, erməni xalqı və dövləti üçün təhdiddir.

Azərbaycan qalib tərəfdir. Müharibədə qazanılmış təcrübənin təhlili əsasında aparılan hərbi islahatlar, ordu quruculuğunun daha müasir standartlar əsasında aparılması və alınan yeni silahlar hesabına ötən dövr ərzində daha da güclənmişik. Bu mənada Ermənistanı istədiyimiz şərtlə razılaşmağa hər an məcbur edəcək gücümüz var.

Cənab İlham Əliyev də dəfələrlə deyib ki, bizi heç kim dayandıra bilməz. Ona görə də Ermənistan sülh prosesini bir şans kimi görməli, cənab İlham Əliyevin xoş niyyətinə qalib tərəfin mərhəmət ətası kimi baxmalıdır. Əks halda atəşkəsi pozanı da, ona bu əmri verəni də, bu əmri verən dövləti də kökündən qazımağa gücümüz və imkanımız var.

Necə ki, 44 günlük müharibədə kimsə qarşımızı ala bilmədi, günü bu gün əməliyyatlara başlasaq heç kim Ermənistanı Azərbaycan əsgərinin qəzəbindən qoruya bilməyəcək. İrəvan da, fərari toplum olan ermənilər də bunu, nə qədər gec deyil, anlasınlar. Ermənistanda nə baş verir, özləri bilər, bu onların daxili işidir. Lakin ermənilərin daxili məsələlərinə bizi vasitə etmək, atəşkəsi pozmaqla nəyəsə nail olmaq cəhdlərinə yol verilməyəcək. Məğlub və rəzil Ermənistanın borcudur ki, qalib xalqla, müzəffər dövlətlə davranışına diqqət etsin. Başa düşsünlər ki, Ermənistan adlı dövlətin mövcudiyyətini davam etdirib-etdirməməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir əmrinə bağlıdır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4448   Tarix: 12 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı

4 noyabr
.

Zaur Abişevə yüksək vəzifə verildi

Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxal

4 noyabr
.

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır

5 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi

"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı

5 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr
.

İlham Əliyev İliyana Yotovanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İliyana Yotovanı Bolqarıstanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərim

3 noyabr