Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub

Şuşanın azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri olub"Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsas strateji tapşırıqlarından biri olub. Ali Baş Komandan İlham Əliyev ordunun qarşısına Şuşanın azad olunması ilə bağlı tapşırıq qoymuşdu. Cəbrayıl və Hadrutun azad olunması ilə Şuşa istiqamətində maneələr aradan qalxdı. Oktyabrın sonlarından Şuşa əməliyyatı üzrə planın icrasına başlanıldı. Azərbaycan Ordusu "Qırmızı bazar" istiqamətinə çıxış əldə etdikdən sonra müəyyən manevrlər edildi. Bu, qarşı tərəfin mövqe dəyişməsinə səbəb oldu. Ermənistan tərəfi düşünürdü ki, Azərbaycan Ordusu bu əməliyyata çoxlu sayda canlı qüvvə səfərbər edəcək. Ordunun əsas hissəsi hücum əməliyyatını imitasiya edərək qrup şəklində Şuşaya daxil oldu".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında ehtiyatda olan zabit, qazi İlham Əliyev bildirib.

"Azərbaycan Ordusu Şuşaya daxil olduqdan sonra şəhər daxilində də müəyyən əməliyyatlar həyata keçirilib və bu əməliyyatlar nəticəsində işğalçıların aralarında olan rabitə əlaqəsi kəsilib. Bundan sonra qarşı tərəfdə çaxnaşma yaranıb. İşğalçılar arasında olan çaxnaşma Azərbaycan Silahlı Qüvvələrinin ərazidə daha geniş əməliyyat keçirməsinə imkan yaratdı. Digər qruplar Daşaltı və Cıdır düzü istiqamətində Şuşaya daxil oldular. Şuşanın azad olunması Azərbaycan Ordusu üçün ciddi üstünlük idi. Silahlı Qüvvələrimiz bu üstünlükdən 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatları zamanı da istifadə etdi.

2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

"2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik" - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir.

Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, "Ana Vətən sağ olsun" deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusu bu Zəfəri qazanması labüd idi".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 193   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

2 noyabr
.

Zəfər günü xalqın yaddaşında iz qoyan tarix

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Şanlı qələbə tariximizə çevrilən 8 noyab

2 noyabr
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. paylaşımı təqdim edir:

1 noyabr
.

Güc və birlik rəmzi - "Dəmir yumruq"

"2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində stratej

3 noyabr
.

Zəfər Günü və Şuşa - Azərbaycanın milli iradəsinin, dövlət gücünün və tarixi ədalətin təntənəsi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütövlükdə dövlətçilik tarixinin istiqamətini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu qələbə Azərbaycan xalqını

2 noyabr
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31 oktyabr
.

Zəfər Günü və Şuşa: Azərbaycanın tarixi qələbəsi, milli birliyi və yeni geosiyasi reallıqları

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi ilə bağlı hadisələr dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də milli iradənin, siyasi qətiyyətin, xalq-ordu birliyinin və tarixi ədaləti

2 noyabr
.

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar

3 noyabr
.

Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağl

2 noyabr