31 yaşında Amerikada güllələndi: Aygün Kazımovanı məğlub edən müğənnimizin faciəvi həyatı - FOTO
Azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında 10 maraqlı fakt məlum olub.
Kulis.az-ın araşdırmasını təqdim edirik:
Sevil Hacıyeva Bakı şəhərində anadan olub. Gənc yaşından musiqi fəaliyyətinə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.
Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan"la bağlıdır.
Sevil Hacıyeva "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.
1993-cü ildə "Karvan" qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.
1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsinin laureatlarından biri olur. Yurmalada keçirilən müsabiqədə gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır.
Sonralar isə "Qaya" qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayır. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyur.
Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir. Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.
Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə" statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.
Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda qoyur. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdarkən onun yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Daha sonra isə kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyevanı güllə ilə belindən vuraraq öldürür.
Öldürülən zaman gənc solistin 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills" məzarlığında torpağa tapşırılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boyları 1.52 metrdən az olan 7 məşhur - SİYAHI
Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir. xəbər verir ki, "People" nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb. Onların bir çoxu kiçik boylarını kompleks
19 avqust"Avroviziya-2027"nin keçiriləcəyi şəhər açıqlandı
"Avroviziya-2027" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci "Avroviziya"nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb. Qara dəniz sahilind
13 avqust"Karib dənizinin quldurları"nda baç rol olacaq
36 yaşlı aktrisa Marqo Robbi "Karib dənizinin quldurları 6" filmində baş rolu canlandıracaq. OLAY yazır ki, altıncı hissədə əsas diqqət aktrisanın canlandırdığı personaja yönələcək, kapitan Cek Sərçə isə ikinci dərəcəli personaja çevrilə bilər. Hazırda filmin süjetinin nədən bəhs edəcəyi məlu
18 avqustRonaldo ilə evləndi, keçmiş sevgilisi ilə fotosu yayıldı
Cristiano Ronaldo ilə yaxın günlərdə ailə quran Georgina Rodrigesin illər əvvələ aid olduğu iddia edilən fotoları yenidən sosial şəbəkələrdə yayılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, 2016-cı ilə aid olduğu görünən görüntülərdə Rodriges bir kişi ilə birlikdə əks olunub. Fotolarda görünə
18 avqustKanye Rusiyada konsert verəcək
Reper Kanye Uest bu payız Rusiyada konsert verəcək. OLAY yazır ki, amerikalı reperin konsertlərinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilməsi planlaşdırılır. Bu barədə xarici ifaçıların konsertlərinin təşkili ilə məşğul olan "Say Edjensi" şirkəti məluma
18 avqustTarkanı dinləmək üçün 500 min ödəyəcəklər - Detallar
Türkiyəli müğənni Tarkan avqustun 29-da Marmarisdə yalnız 400 nəfərin iştirakı ilə xüsusi konsert proqramı ilə çıxış edəcək. Axşam.az xəbər verir ki, lüks hotellərdən birinin müştəriləri üçün nəzərdə tutulan tədbirə qatılmaq istəyənlər orada ən azı iki gecə qalmalıdırlar. Konsertin də daxil olduğu paketi
23 avqustSalma Hayek nənə oldu - Fotolar
59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası
14 avqust8 il sonra eyni serialda çəkiləcəklər
"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"
23 avqust