Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı - Video
ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhvən ölkənin vitse-prezidenti Kamala Harrisi Prezident adlandırıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bayden ABŞ - Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammitində çıxışı zamanı bu səhvə yol verib.
"Hind-Sakit okeanı regionu azad və açıq, sabit və çiçəklənən, davamlı və təhlükəsiz olan regiondur. Biz hamımız buna səy göstəririk. Məhz buna görə Prezident Harrisdən ötən ilin avqustunda bu regiona səfər etməsini istədim", - deyə Bayden söyləyib.
Xatırladaq ki, Bayden bundan əvvəl də, artıq bir neçə dəfə çıxışı zamanı Kamala Harrisi vitse-prezident deyil, Prezident adlandırıb.
Bundan əlavə, 80 yaşlı Prezident son aylarda bir neçə dəfə qeyri-adekvat hərəkətləri ilə medianın gündəminə düşüb. Belə ki, Bayden iki dəfə ətrafında heç kim olmadığı halda əlini uzadaraq salam vermək istəyib, dəfələrlə xalqların adını səhv salıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1135 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrSəudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb
24 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabrÖlüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24 oktyabr