Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu - FOTO/VİDEO
Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində qəribə hadisə baş verib.
Belə ki, keşiş nikah mərasimini yarımçıq qoyaraq oğrunun dalınca qaçıb və maşını ilə onu vurub.
Məlumata görə, hazırda 37 yaşlı keşiş Qustavo Trindade barəsində cinayət işi açılıb, o, "San Sebastyan" kilsəsindən geyim oğurladığı iddia edilən 40 yaşlı oğru Ancelo dos Santosun üstünə maşın sürməkdə ittiham olunur.
Kilsədə nikah mərasiminin davamını gözləyən Tatyana de Fatima və Aleks Aparesidon baş verənlərdən heyrətlərini gizlədə bilməyiblər.
"Bundan əvvəl mən keşişi tanımırdım, amma mərasimdən əvvəl və mərasim zamanı çox diqqətli idi, gülür, bizimlə zarafatlaşırdı. Mən həyəcanlı idim, o isə mənə sakit olmağımı, nəfəs almalı olduğumu, hər şeyin düzələcəyini deyirdi. Çox sakit idi", - deyə Fatimə hadisədən əvvəl keşişin əhvalı barədə danışıb.
Onun sözlərinə görə, keşiş görünməyəndə dəvət olunan 100 qonağın çoxu mərasimi tərk edib, o isə keşişin qəza məsələsini xəbərsiz halda kilsədə şəkil çəkdirmək üçün gözləyib.
"İstəsəm də, istəməsəm də, bu, mənim toy hekayəmdən bir hissə oldu", - deyə Fatimə gülərək bildirib.\Oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 970 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif edib
ABŞ Prezidenti Donald Tramp saatların ildə iki dəfə dəyişdirilməsi praktikasının ləğvini və yay vaxtının daimi saxlanılmasını təklif edib. xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tramp respublikaçı qanunvericilərə müraciət edərək saatları
7 iyunİsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı
İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb. "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensi
7 iyunAta 4 yaşlı oğlunu öldürüb meyitini bünövrənin altında gizlətdi
ABŞ-ın Vaşinqton ştatında polis 4 yaşlı oğlunu öldürdüyünü və cəsədini gizlətdiyini etiraf edən kişini saxlayıb. Uşağın qalıqları itkin düşməsindən bir il sonra yaşayış evinin döşəməsinin altında aşkarlanıb. xarici KİV-ə istinadla bildirir ki, şəxsə ikinci dərəcəli qətl və insan qalıqlarını qanunsu
7 iyunİspaniyada Papa XIV Leonun dini ayininə bir milyondan çox insan qatılıb
İspaniyada Roma Papası XIV Leonun rəhbərlik etdiyi messada (dini ayində) iştirak etmək üçün təxminən 1.2 milyon insan paytaxt Madridin Sibeles meydanı ətrafına toplaşıb. bildirir ki, bu barədə "Reuters" agentliyi mərasimin təşkilatçılarına istinadən xəbər verir. Bu hadisə pontifikin İspaniyay
7 iyunBacısını və yeznəsini küçədə ÖLDÜRDÜ: öz arvadına görə
Türkiyədə kişi yeznəsini və bacısını öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Bəyazid məhəlləsində baş verib. Niyazi K. marketdən çıxan 40 yaşlı yeznəsi Hidayət Dəmirqıran və eyni yaşda olan bacısı Yağmur Dəmirqıranı güllələyib. Hadisə yerinə gələn həkimlər ər-arvadın öldüyünü müəyyə
7 iyunToyları stadionda olacaq
Məşhur müğənni Taylor Svift və amerikalı futbolçu Travis Kelcen toy hazırlığına başlayıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toy mərasimini "Madison Square Garden" arenasında keçirməyi planlaşdırır. Məlumata görə, onlar iyulun əvvəlində həftəsonlarından birində Nyu-Yorkd
7 iyun