Putin Muradovu buna görə Ukraynaya göndərdi - SƏBƏB
Rusiya Prezidenti Vladimir Putinin rus qoşunlarında baş verən üsyanları yatırmaq üçün Ukraynaya amansız general Rüstəm Muradovu göndərib.
Adları açıqlanmayan yüksək rütbəli ABŞ rəsmiləri bu yaxınlarda Ukraynadakı rus zabitlərinin öz rəhbərlərinə tabe olmaqdan imtina etdiyini və Donbasdakı qoşunların "kifayət qədər sürətlə" işləmədiyini iddia ediblər.
Rus əsgərlərinin üsyanları yeni xəbər deyil. Müharibənin ilk həftələrindən bəzi rus əsgərlərinin döyüşməkdən imtina edərək vətənə qayıtmaq istədikləri deyilir.
"The Daily Beast" qəzetində yer alan xəbərə görə, Rusiya Prezidenti Putin Suriyadakı əməliyyatlar da daxil olmaqla, dəhşətli döyüşlərdəki rolu ilə tanınan general-leytenant Rüstəm Muradovu qoşunlardakı üsyanları yatırmaq üçün Ukraynaya göndərib.
Qəddarlığı ilə tanınan Muradovu əsgərlərin qorxduğu komandir kimi qələmə verirlər. 2017-ci ildə "Rusiya Federasiyası Qəhrəmanı" adına layiq görülən Muradov mükafatı Putinin özündən alıb.
Ukrayna xüsusi xidmət orqanları rus əsgərlərinə aid olduğu iddia edilən 2 səs yazısını yayıb. Səs yazılarının birincisində rus əsgərinin dostu ilə "Muradov" adlı komandir haqqında danışması eşidilir.
Bildirilir ki, Muradov gəldikdən sonra məhkəmə təşkil edib, digər əsgərlərə örnək olması üçün komandirləri qarət edib, ciblərində olan hər şeyi çıxarıb, əl-qolunu bağlayıb və hamısını maşınlara mindirərək naməlum yerə göndərib.
Qeyd edək ki, R.Muradov 2020-сi il noyabrın 11-dən 2021-ci il sentyabrın 9-dək Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4582 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna vətəndaşı Monako şahzadəsinin qohumunun ölümündə ittiham olunur
Monako hakimiyyəti Şahzadə II Albertin qohumu olan 29 yaşlı Antuan de Massinin ölümü ilə əlaqədar 42 yaşlı Ukrayna vətəndaşına qarşı ittiham irəli sürüb. xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin məlumatına görə, knyazlıq prokurorluğu kişiyə səhlənkarlıq nəticəsində ölümə səbəb olma
29 oktyabrErmənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb. "Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsind
30 oktyabrƏhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri
29 oktyabrİtalyanlar əfsanəvi Ferrari obrazını yeni superkarda canlandırdılar
1978-ci ildə Paduada Ferrari-nin satışı və texniki xidməti ilə məşğul olan İtaliya şirkəti Michelotto, 4-cü və B qrup rallilərində iştirak etmək üçün orta mühərrikli Ferrari 308 GTB kupeləri əsasında öz dizaynlı avtomobillər istehsal etməyə başladı. xəbər verir ki, bu avtomobillər 1986-cı ilə qədər müxtəli
31 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabr