Araik Paşinyanla razılaşdı: "Sülh proqramı..." – Şok iddia

Araik Paşinyanla razılaşdı: "Sülh proqramı..." – Şok iddiaQarabağdakı separatçı rejim Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramına razılıq verib.

Bunu erməni politoloq Edvard Antinyan deyib.

"Ermənistan parlamentindəki və bundan kənardakı müxalif qüvvələrin davranışlarının məntiqsizliyi sərhədsizdir. Onlar ətraflarında nə qədər böyük ictimai kütlə toplaya bilmirlərsə, bir o qədər aqressivləşirlər. Gedib meriyanın binasının qabağını bağlayıb dedilər ki, vətəndaşlar onların mitinqinə qatılmaq şərti ilə dağılışacaqlar. Parlamentdəki müxalif deputatlar da bunu dilə gətirdilər, bu, gülüncdən də artıqdır", - Antinyan vurğulayıb.

O əlavə edib ki, polis etirazlara daha sərt şəkildə müdaxilə etməlidir.

Antinyanın sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, müxalifətin mitinqlərində iştirak edənlərin sayı günbəgün azalır. Onun fikrincə, bunun əsas səbəblərdən biri indiki müxalifət liderlərinin hakimiyyətdə olarkən etiraz edənlərə və ya mitinqlərə qatılanlara aqressiv münasibət sərgiləməsidir.

"İndi bunun əksi baş verir: liderlər radikal çağırışlar edir, amma cəmiyyət onların ətrafında birləşmir. Hərəkat artıq iflasa uğrayıb, dalana dirənib, amma müxalifət liderlərinin bunu etiraf etmək üçün iradələri yoxdur.", - politoloq bildirib.

Antinyan müxalifət liderlərinin (Serj Sərkisyan, Robert Köçəryan, Artur Vanetsyan və s.) Qarabağla bağlı səs-küylü bəyanatlarını "məntiqsiz" adlandırıb.

Politoloq Araik Arutyunyan və digər separatçıların Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı proqramına müsbət baxdıqlarını, bununla razılaşdıqlarını deyib:

"Onlar Qarabağ uğrunda mübarizə apardıqlarını deyirlərsə, onlara xatırladaq ki, oradakı "hökumət" Nikol Paşinyanın sülh proqramı ilə razıdır. Bu yaxşıdır, yoxsa pis, amma onlar razıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3710   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfər - xalqın birliyinin, lider qətiyyətinin və güclü dövlətçiliyin tarixi təntənəsi

Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Lakin bu tarixi yalnız 44 günlük Vətən müharibəsinin nəticəsi kimi qiymətləndirmək doğru olmazdı. Çünki 8 Noyabr Zəfəri illərlə aparılan məqsədyönlü dövlət siyasətinin, milli iradənin, siyasi qətiyyətin, hərbi quruculuğun və diplomati

6 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici anı oldu

"2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi

4 noyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazı

5 noyabr