PUTİN "STALİN TAKTİKASI"ndan İSTİFADƏ EDİR – Ukraynalılar niyə Sibirə göndərilir?

PUTİN "STALİN TAKTİKASI"ndan İSTİFADƏ EDİR – Ukraynalılar niyə Sibirə göndərilir?Son vaxtlar Rusiyanın yüz minlərlə insanı məcburi şəkildə müxtəlif bölgələrə deportasiya etdiyi iddia olunur. Müharibə zamanı əsir düşmüş ukraynalıların, rus hərbçilər tərəfindən Ukraynadakı "filtrasiya" düşərgələrinə aparıldığı bildirilir. Bu düşərgələrdəki ciddi sorğu-sualdan və amansız işgəncələrdən sonra isə onlar Rusiyanın Uzaq Şərqdəki bölgələrinə sürgün edilirlər.

Bu mövzuda Britaniyanın "Daily Mail" nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edirik: "Kremldəki mənbələrdən əlfə edilən sənədlərə əsasən, Putin işğaldan əvvəl "Stalin taktikası"ndan istifadə edib və ukraynalılar üçün məcburi deportasiya planı hazırlayıb. Bu plana əsasən, Putin 2 milyon ukraynalını zorla Rusiyaya deportasiya etməyi düşünür. Gizli sənədlərə əsasən, müharibə başlayandan bəri təxminən 1,2 milyon ukraynalı Rusiyaya aparılıb. Rusiyaya aparılan ukraynalıların əksəriyyəti Sibirin ucqar kəndlərinə və Yaponiya yaxınlığındakı adalara köçürülüb. Bu ərazilərə köçürülən ukraynalıların zorla müxtəlif işlərdə çalışdırıldıqları iddia olunur.

Kreml sənədlərinə görə, Rusiya müharibədən əvvəl ukraynalılar üçün 1300-dən çox köçürmə mərkəzi yaradıb.

Rusiya həmçinin Ukraynada qurduğu və "süzgəcdən keçirmə düşərgələri" kimi xarakterizə edilən qaçqın mərkəzlərində ukraynalıları zorla saxlamaqda ittiham olunur. Filtrasiya düşərgələrinə aparılan ukraynalılar çılpaq axtarışa məruz qalır, sorğu-sual edilir və şəxsi əşyaları zorla əllərindən alınır. Bu düşərgələrdə ailələrindən ayrı düşmüş minlərlə uşağın olduğu bildirilir.

Ukrayna rəsmiləri isə əsir götürülən bəzi ukraynalıların rus hərbçilər tərəfindən müharibdədə "qalxan" kimi istifadə edildiyini, onların dağıdılmış binalarda partlamamış bombaları tapmağa və Rusiyanın müharibə cinayətləri sübutlarını məhv etməyə məcbur edildiklərini bildirirlər.

Ukrayna prezidenti Volodimir Zelenski də Portuqaliya parlamentində çıxışı zamanı bildirib ki, ruslar işğal olunmuş ərazilərdən ən azı 500 min ukrayna vətəndaşını Rusiyaya qaçırıblar.

Pentaqonun sözçüsü Con Kirbi isə ABŞ-ın Ukraynada "məcburi deportasiya" düşərgələri aşkar etdiyini bildirib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1925   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS

23 oktyabr
.

Rusiya Kiyevə 21 ballistik raket atdı

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur

23 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22 oktyabr
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ

24 oktyabr
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

24 oktyabr