"Putin anlamalıdır ki, sanksiyaların ləğvi üçün Ukrayna ilə razılaşmalıdır" - Şolz
"Almaniya Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb edir. Rusiya prezidenti Vladimir Putinin Rusiyanı dalana dirəndiyi çıxılmaz vəziyyətdən yeganə çıxış yolu qalıb. Rusiya Ukrayna ilə danışıqlara getməlidir".
Bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz deyib. O, həmçinin xatırladıb ki, Putin fevralın sonunda elan etdiyi "xüsusi əməliyyatın məqsədlərinin" heç birinə nail olmayıb. Bu müddət ərzində Rusiya Federasiyasının itkiləri çox böyük olub.
Şolzun sözlərinə görə, işğalın başlanmasından iki ay keçməsinə baxmayaraq, Rusiya Federasiyası işğalın əvvəlində elan edilmiş məqsədlərin heç birinə nail ola bilməyib. Əksinə, bu müddət ərzində Rusiya Əfqanıstanda 10 illik müharibədən daha çox əsgər itirib. Və Putinin "Rusiya sərhədlərindən uzaqlaşdırmaq" istədiyi NATO ona daha da yaxınlaşıb.
"Rusiya Ukraynanı işğal edə bilmədi. Ukrayna özünü böyük məharətlə, cəsarətlə və fədakarlıqla müdafiə edir. NATO getməyib, faktiki olaraq qüvvələrini artırıb. Finlandiya və İsveç NATO-ya daxil olanda ittifaq daha da güclənəcək. Rusiya ordusunun özü Sovet İttifaqının Əfqanıstan kampaniyasının on illində olduğundan daha çox itkilər verib",- deyə Solz bildirib. O artıq Ukraynanı Rusiyanın hərbi yolla məğlub edə bilməyəcəyinə əmin olduğunu deyib.
"Putin başa düşməlidir ki, bu vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə razılığa gəlməkdir. Rusiya başa düşməlidir ki, nə vaxtsa sanksiyaların ləğvi üçün yeganə inandırıcı imkan Ukrayna ilə razılaşmaqdır",- deyə Almaniya Federal Kansleri əlavə edib. Şolz bildirib ki, o, Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmasını tələb edib. "Mən Putindən qoşunlarını geri çəkməsini tələb edirəm. Əks halda, aydın prinsip tətbiq olunacaq. Ukrayna bu məsələləri özü həll edir. Biz bu və ya digər şəkildə onların adından danışıqlar apara bilmərik",- Şolz bildirib.
Qeyd edək ki, Almaniya Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq niyyətindədir. Qərb də Ukraynaya hərbi yardımı və müasir silahların tədarükünü davam etdirəcək.
"Bəli, biz sanksiyalara davam edəcəyik. Çünki bizim məqsədimiz Rusiyanın işğal cəhdinin uğursuzluqla nəticələnməsidir. Rusiya özünü dramatik vəziyyətə salıb. Biz sadəcə, iqtisadi təcridin nəyə gətirib çıxardığını görürük. Rusiya prezidenti başa düşməlidir ki, onun ölkəsinin dünyadan yararlanmaq imkanları sülh olana qədər əngəllənəcək",- deyə Şolz vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1076 Tarix: 15 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS
23 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabrABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır
ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind
23 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabr