Müxalifətin Nikola qalib gələ bilməməsinin SƏBƏBİ
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən silsilə aksiyaların nəticə verəcəyinə heç kəs inanmır.
Nəinki əcnəbi politoloqlar, Ermənistan daxilində də Nikol Paşinyana qarşı ciddi müqavimətin olmadığı düşünülür.
Müxalifətin Nikol Paşinyanın öz taktikasına – yolların bloklanması və nəqliyyatın iflic edilməsinə əl atması da əbəsdir. Çünki yolları bloklamaq üçün etirazçılar kifayət qədər deyil.
Erməni politoloq Suren Surenyan bildirib ki, hazırkı aksiyalarda "inqilabi resurs" yoxdur. Ona görə də onların hakimiyyəti dəyişə biləcəyi mümkün görünmür:
"Müxalifət yalnız 1 mayda maksimum etirazçı toplaya bildi – cəmi 14 min nəfər. Aksiyanın pik vaxtı isə 4 mayda idi, həmin gün etirazçılar parlament binasına doğru yürüş etdilər. Bundan sonra ya say artmalı, ya da aksiyalar dayanmalıydı. Aksiyalar dayanmadı, say isə azaldı".
Onun fikrincə, müxalifətin iki yolu var: ya aksiyalara davam edəcək və qüvvəsini sona qədər xərcləyəcək, ya da taymaut götürəcək və daha çox tərəfdar toplamağa çalışacaq:
"Hərəkatın ən ciddi problemi lidersizlikdir. Nə ikinci, nə də üçüncü prezident buna qadir deyil. Hərəkatın liderinin elanı da ciddi problem yarada və parçalanmalara səbəb ola bilər. Əvvəla, ona görə ki, Köçəryan və Sərkisyan arasında gizli rəqabət gedir. Onlardan birinin liderliyi elan edilərsə, hərəkat parçalanacaq. İkincisi, hər iki prezidentin ictimaiyyət arasında olduqca pis reytinqi var. Cəmiyyət onların ətrafında birləşməyəcək və Fransa meydanında say heç vaxt artmayacaq".
Surenyan xatırladıb ki, 1 mayda, hərəkatın ən aktiv vaxtında Sərkisyan və Köçəryan yox idi. Lidersizlik isə hərəkatı məqsədsiz edir. Xalq bilməlidir ki, Paşinyanı yola salsa, yerinə kim gələcək. Sərkisyan və Köçəryanı qəti istəmir. Bəs kim?
Ekspert onu da xatırladıb ki, bazası əsasən daşnaklardan formalaşan Köçəryan və komandası daha aqressivdir və polislə qarşıdurmaya meyillidir, vaxtaşırı toqquşmalar yaradırlar, Sərkisyan və Artur Vanetsyan tərəfdarları isə onlardan fərqlidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 916 Tarix: 15 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS
23 oktyabrRusiya Kiyevə 21 ballistik raket atdı
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumları həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamasına görə, Rusiya qüvvələri Kiyevə üç dalğa ilə azı 21 ballistik raket atıb. Hücumlar nəticəsində paytaxtda yaşayış evləri və enerji infrastruktur
23 oktyabrABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır
ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind
23 oktyabrDünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabr