Ermənistan ordusu hücuma keçməlidir - Parlament sədrinin müavinindən MÜHARİBƏ ANONSU

Ermənistan ordusu hücuma keçməlidir - Parlament sədrinin müavinindən MÜHARİBƏ ANONSU"İndiki hakimiyyət "Artsax" (Qarabağda qondarma rejim), Ermənistan və erməni xalqı üçün fəlakətdir. Məğlubiyyəti və müharibəni simvolizə edən qüvvə getməlidir, o, sülhü təmin edə bilməz".

Bu fikirləri müxalifət nümayəndəsi, parlament sədrinin müavini İşxan Saqatelyan bu gün Fransa meydanında keçirilən mitinqdə bildirib.

O, qeyd edib ki, Ermənistanda dövlətçiliyin məhv edilməsi prosesini dayandıran, ölkənin sərhədlərinin qorunmasını və toxunulmazlığını təmin edən, ərazi bütövlüyünü təmin etmək kimi konstitusiya funksiyasını həyata keçirən, layiqli sülhün bərqərar olmasına, dövlətçiliyin xalqa qaytarılmasına xidmət edən milli hökumət yaradılmalıdır:

"Ermənistanı ədalətli, firavan və təhlükəsiz ölkəyə çevrilməlidir".

O vurğulayıb ki, populizmə, hiyləgərliyə, məğlubiyyətə son qoyulmalıdır: yeni hakimiyyət xalqı razı salmaq üçün deyil, real islahatlar aparmalıdır.

"Populizm ölkəmizi məhv edir. Bu, məlum həqiqətdir. İndiki iqtidarın bir məqsədi var, onlar ancaq öz reytinqlərini və kreslolarında necə qalacaqlarını düşünürlər. İstənilən populist hakimiyyət ölkənin dağıdılması ilə paralel olaraq öz hakimiyyətini saxlamaq üçün həm də diktatura qurmağa çalışır. Biz buna imkan verməyəcəyik. Ermənistanda bir nəfərin hakimiyyəti olmayacaq, biz populistləri qovacağıq", - İşxan Saqatelyan bildirib.

Hakimiyyət dəyişikliyindən sonra Milli Razılıq Hökumətinin qarşıdakı fəaliyyətlərinə toxunan İşxan Saqatelyan qeyd edib ki, ilk növbədə həmrəyliyi, təhlükəsizliyi və sabitliyi bərpa etmək lazımdır.

Onun sözlərinə görə, güclü və bərqərar olan dövlətin üç sütunu var - iqtisadiyyat, ordu və xarici siyasət:

"Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra dövlətin əsas sistemlərini - yeni texnologiyalara əsaslanan rəqabətədavamlı iqtisadiyyatı, döyüşə hazır, yaxşı təchiz olunmuş ordunu bərpa etmək üçün dərhal addımlar atılmalıdır.

"Ordu təkcə müdafiə deyil, həm də lazım gələrsə, hücuma keçməlidir. Biz dilənçi diplomatiyadansa, milli mənafeyə malik, peşəkar, təşəbbüskar xarici siyasət yürütməliyik. Xarici siyasət sahəsində biz öz gündəmimizlə Ermənistan və "Artsax"ın (Qarabağda qondarma rejim) maraqlarına xidmət etməliyik", - İşxan Saqatelyan yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4986   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avstriya Rusiya diplomatlarını qovdu

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatı ölkədən çıxaracaq. xəbər verir ki, bu barədə "Profil" nəşri məlumat yayıb. Məlumata görə, onlar arzuolunmaz şəxs elan ediliblər. Həmin şəxslər casusluqda şübhəli bilinirlər

23 oktyabr
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

24 oktyabr
.

Pentaqon "Global Thunder" strateji nüvə qüvvələri təlimlərinə başlayır

ABŞ Strateji Komandanlığının (USSTRATCOM) verdiyi məlumata görə, ABŞ-da illik "Global Thunder 27" strateji nüvə qüvvələri təlimi başlayıb. xəbər verir ki, USSTRATCOM-un bəyanatında deyilir: "Global Thunder 27 təlimləri strateji qüvvələrin müxtəlif nümayəndələrindən şəxsi heyəti əhatə edir

23 oktyabr
.

Mask respublikaçılara 445 milyon dollar bağışladı

CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu

23 oktyabr
.

İtaliyada güclü zəlzələ baş verdi

İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib

23 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr
.

Səudiyyə Ərəbistanı Yəməndən Ər-Riyada atılan ballistik raketi ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Səudiyyə Ərəbistanının Mülki Müdafiəsinin Ər-Riyad, Nəcran və Vadi-ə-Dəvasir əyalətində mümkün təhlükə barədə xəbərdarlıqlarından sonra Yəməndə husilər tərəfindən Ər-Riyada atılan ballistik raketi ələ keçirdiyini və məhv etdiyini açıqlayıb

24 oktyabr
.

ABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24 oktyabr