Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMA

Azərbaycanda yumurta yenə bahalaşacaq? – ARAŞDIRMAEkspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. "Kənd" yumurtası 30 qəpik, "şəhər" yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?
övzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

"Onlara veriləcək yumurta artıqlaması ilə var"

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli "Kaspi"yə açıqlamasında bildirir ki, yumurta ilə bağlı heç bir problemimiz yoxdur: "Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var".

"Anbarlarda 45 milyon yumurta qalıb"

Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: "Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək".
Xaricdən yumurta ilə gələn valyuta...

Həmsöhbətimizin sözlərinə görə, bu gün bazarda təklif çox, tələb az olduğu üçün yumurtanın qiyməti maya dəyərindən də xeyli aşağı satılır: "Yəni maya dəyəri 15-17 qəpiyə olan yumurtanı bu gün pərakəndə şəkildə 8-9 qəpiyə satırlar. Yarı qiymətindən də aşağıdır. Marketlərdə yumurta 12-13 qəpiyə satılır. Maya dəyərindən aşağı satıldıqda istehsalçı şirkətlər də ziyana gedir və bu da onların fəaliyyətini dayandırmasına gətirib çıxarır. Yaxın gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) köməkliyi ilə ixrac qabiliyyətimizi artıra bilsək, həm istehsalçıların vəziyyəti yaxşılaşar, həm də xaricdən gələn valyuta aldıqları yem üçün yeni pul mənbəyi yaradar".

"Bazarda rəqabət çoxdur"

Yumurtanın daxili bazarda bahalaşma ehtimalına gəldikdə isə müsahibimiz vurğulayır ki, yumurta ixracı daxili bazarlarda qiymətlərə təsir etməyəcək: "Daxili bazarlarda qiymətə təsir etmədən ixrac edə bilərik. Çünki bazarda ciddi istehsal olduğu üçün rəqabət də çoxdur. Yumurta qıtlığı olmadığından, qiymətlərə heç bir təsiri olmayacaq".

Yumurtanın qiyməti kəskin bahalaşsa da...

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, yumurtanın daxili bazarı ödəmək səviyyəsi 100 faizdir: "Yumurta tək-tük ərzaqlardandır ki, Azərbaycan öz bazarını tam olaraq təmin edir. 2020-ci ildə Statistika Komitəsi tərəfindən yayılan məlumata əsasən, illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın da tələbi 1,7-1,8 milyard ədəd olub. Yumurtanın istehsalı və daxili bazarı ödəmək səviyyəsi 100 faizdir. Tələbatı ödəmək üçün xaricdən idxal olunmur. Ancaq yerli istehsalla təmin edilir. Ötən illərə nəzər salsaq, görərik ki, yumurtanın qiyməti kəskin bahalaşsa da, sonradan məhsul artıqlığının yaranması qiymətləri nisbətən stabilləşdirib və aşağı salıb. Yəni 1 il öncə ilə müqayisədə yumurtanın qiymətində ucuzlaşma var. Bu da istehsal çoxluğu ilə əlaqəlidir".
"Daşınma xərcləri dəyərindən də yüksəkdir"

Ekspert vurğulayır ki, istehsalla əlaqədar olaraq, xərclər ciddi surətdə artıb. Bu vəziyyət fermerləri narahat edir: "Yumurtanı istədiyi qədər sata bilmədiyinə görə, fermerlər əziyyət çəkir və gəlir itkisinə məruz qalırlar. Bir nüans da ondan ibarətdir ki, yumurtanın ədədinin qiyməti ucuz olsa da, tutumu böyükdür və çox yer tutur. Bu səbəbdən bir yumurtaya düşən daşınma xərcləri onun dəyərindən də yüksəkdir. Buna görə də, adətən yumurtanın beynəlxalq ticarətdə istifadəsi mənasızdır".

Bu ixraca sevinmək olar?

Məhz daşınma xərclərinə görə, hazırda hər kəs özü istehsal etməyə üstünlük verir: "1 yumurtaya düşən daşınma xərcinin kəskin baha olması səbəbindən hamı öz ölkəsində özünü təmin etməyə çalışır. Bir yumurtaya düşən xərc böyük olduğu üçün ixrac əhəmiyyətli məhsullar siyahısında deyil. Amma Rusiya bazarında tələbat varsa və fermerlərə qiymətlər sərf edirsə, bunun ixracına ancaq sevinmək olar. Bu, daxili bazarda ciddi problemlər yaratmayacaq"./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1111   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var

Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis

23 oktyabr
.

ABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam

23 oktyabr
.

Tramp İrana qarşı yeni zərbələr anons etdi: Tehran ABŞ bazalarını vurmaqla hədələyir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə hərbi əməliyyatların yaxın zamanda həyata keçirilə biləcəyini bildirib. İranın İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirməklə hədələyib. Bu barədə Gulf News nəşri məlumat yayıb. Tramp Ağ Evdə jurnalistlərə açıqlamasınd

23 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23 oktyabr
.

"Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir

Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill

24 oktyabr