Azərbaycanda bu şəxslər 180 AZN və pensiya alacaqlar - AÇIQLAMA
"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə "Sosial müavinətlər haqqında" Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri edilib. Belə ki, bəzi şəxslər bundan sonra pensiya yox, müavinət ala biləcək. O şəxslər kimlərdir? Bu proses bundan sonra necə həyata keçiriləcək?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, pensiya almaq üçün müəyyən şərtlər mövcuddur:
"Bəzi şəxslər ki, pensiya alırlar, onların pensiya hüququ yaranır ki, pensiya alırlar. Bu kimlərdir? Kişilər və qadınların yaşı pensiya yaşına gəlib çatır, yaş həddi hər ikisi üçün fərqlidir. Hal-hazırda kişilər 65, qadınlar isə 63 yaşında pensiyaya çıxırlar. Eyni zamanda, yaşdan əlavə sosial sığorta stajı və yaxud da 34 min 500 manat sosial sığorta kapitalı olmalıdır. Bu 3 şərtin 2-si olduğu halda, vətəndaşın pensiya almaq hüququ yaranır".
Millət vəkili bildirdi ki, pensiya almaq hüququ olmayan şəxslər isə dövlətdən müavinət alırlar:
"Kişilərdə yaş gəlib 65-ə çatdı, qadınlarda da 63-ə, amma nə stajı var, nə pensiya kapitalı. Bu yaşda xanımlar və ya kişilər isə dövlətdən 180 manat məbləğində sosial müavinət alırlar. Onlar pensiya kapitalları olmadığına, vaxtında işləmədikləri və əmək stajları olmadığına görə yaşa görə sosial müavinət alırlar. Bu fərq həmişə olub, bundan sonra da olacaq. Yəni pensiya almaq üçün mütləq ya stajın, ya da pensiya kapitalın olmalıdır".
Musa Quliyev qeyd etdi ki, qanunda edilən dəyişikliyə əsasən bəzi şəxslər həm müavinət, həm də pensiya alacaq:
"Amma sizin dediyiniz məsələ başqadır. Qanunun 8-ci maddəsinə olunan dəyişiklərlə bağlıdır ki, ailə başçısını itirməyə görə ailə üzvlərinə pensiya verilirdisə və yaxud da onların müavinət hüququ var idisə, onlara müavinət verilmirdi, yalnız pensiya verilirdi. İndi isə həm müavinət, həm də pensiya almaq imkanları yaranacaq. Bu 8-ci maddədə olan dəyişiklərlə əlaqədardır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11103 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021