Dünyanın ən yaxşı hotelləri məlum oldu
Kosta-Rikada yerləşən "Tulemar Bungalows&Villas" mehmanxanası beynəlxalq "Səyahətçilərin seçimi - 2022" mükafatına layiq görülüb.
Mehmanxana dünyanın ən yaxşı hoteli seçilib.
"Tulemar Bungalows&Villas" Sakit okeana baxan bir təpənin yamacında, cəngəllikdə yerləşir.
O, yerləşdiyi ərazi ilə yanaşı, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri ilə cəlb edir.
Siyahıda ikinci yerdə Qramadoda (Braziliya) yerləşən "Colline de France" hoteli qərarlaşıb. Hotelin qonaqları müəssisənin üslubunu qeyd edərək, onu dünyanın ən romantik hotelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar işçi heyətini də yüksək qiymətləndiriblər.
Üçüncü yeri Yunanıstandakı "İkos Aria" tutub. Beşulduzlu hotel geniş qumlu çimərliyi, təmiz dənizi və gözəl mənzərələri ilə turistlərin qəlbini fəth edib.
Ən yaxşı hotellər arasına Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə hotel də düşüb.
Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin il ərzində "TripAdvisor" saytında yazdığı milyonlarla şərh və rəylər əsasında tərtib edilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1635 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə partlayış - ölən və yaralılar var
Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib. Bu barədə "Haber 7" məlumat yayıb. Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib. Hadis
23 oktyabrABŞ-da Trampı sosial mediada təhdid edən qadın həbs edilib
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, 36 yaşlı qadın ABŞ prezidenti Donald Trampa qarşı sosial mediada təhdidlər paylaşmaq ittihamı ilə Alabama ştatında həbs olunub. xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin veb saytında deyilir ki, "ABŞ Rayon Məhkəməsində iki maddədən ibarət ittiham aktı ilə Alabam
23 oktyabrFilippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabr