Allahşükür Paşazadə siyasi məqsədlə dindən istifadə edənlərdən DANIŞDI
"Təəssüf ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır".
"Report" xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən "Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, müasir dövrdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırımı cinayətlərinə gətirib çıxarır:
"Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdləridir ki, hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır".
Onun sözlərinə görə, söz azadlığı və din pərdəsi altında hər-hansı radikalizm təzahürləri, nifrət sövq edən, böhranların yaranmasında münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizm, habelə antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması halları, hər-hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktları qətiyyətlə pislənilir:
"Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər-hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir. Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik və qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi