Xoşqədəm Hidayətqızının həbsi tələb olunur
ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və veriliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Sonxeber.az xəbər verir ki, sikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramovun "AzPolitika.info"ya açıqlamasında bildirdiyinə görə, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərində yayımlanan verilişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.
"İnsanların şəxsi toxunulmazlıq hüququ pozulur, istintaq sirri yayılır. Ona görə də A.Muradov Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci bəndi (böhtan) ilə Nərimanov rayon məhkəməsinə şikayət edib" deyə vəkli bildirib.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.
Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb:
"Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələddirlər..."
A.Muradovun sözlərinə görə, "Səni axtarıram" verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.
Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon məhkəməsinə təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi