Şəhid evi niyə sökülür? - AÇIQLAMA
Tovuz rayonunda şəhid ailəsinə məxsus evin söküldüyü iddia olunur.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, Vətən müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Aysel Nəzərovanın tikmək istədiyi fərdi yaşayış evin söküldüyü deyilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Salyan rayonundan olan Vətən müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Aysel Nəzərova bir müddət əvvəl anadan olduğu Tovuz rayonunun Alakol kəndinə qayıdıb:
"O, kənd orta məktəbinin həyətində qanunsuz olaraq fərdi yaşayış evi tikmək istəyib. Məsələ ilə bağlı A.Nəzərova ilə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dəfələrlə profilaktiki söhbət aparılıb. Bildirilib ki, torpaqlarımızın bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Lakin təhsil müəssisəsinin həyətində yaşayış evinin tikilməsinin qanunsuz olduğu diqqətinə çatdırılıb, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1316 Tarix: 20 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabr