Bakıda piyadaların səhlənkarlığı faciəyə səbəb olub - VİDEO
Bakıda piyadaların səhlənkarlığı ilə nəticələnən ağır yol qəzalarının görüntüləri yayılıb.
Sonxeber.az Report-a istinadla xəbər verir ki, hadisə bir müddət əvvəl paytaxtın A.Salamzadə küçəsi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində qeydə alınıb.
Belə ki, yüksək hərəkət sürətli yollarda piyadalar piyada zolağı olmayan ərazilərdən keçmək istəyən zaman anidən avtomobillərin qarşısına çıxıblar. Qəza nəticəsində piyadalar ölüblər.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Report-un sorğusuna cavab olaraq bildirib ki, ötən günlər paytaxt yollarında, xüsusi ilə də günün axşam saatlarında piyada səhlənkarlığı ilə nəticələnən ağır yol qəzaları qeydə alınıb.
DYP rəsmisi yüksək hərəkət sürətli yollardan keçmək istəyən piyadalara çağırış edib:
"Bakı Şəhər Dövlət Yol Polisi belə hadisələrin baş verməməsi üçün piyadaların diqqəti olmasını xahiş edir. Yüksək hərəkət sürətli yollarda, xüsusi ilə də günün axşam saatlarında yolun nəzərdə tutulmayan hissəsində tam təhlükəsizlik tədbirlərinə əməl etmədən yola anidən çıxmaq olmaz. Bu da həmin şəxslərin həyatına təhlükə yaradır. Həmçinin onlar hadisə zamanı sürücüləri də çətin vəziyyətə salırlar, məsuliyyət qarşısında qoyurlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1139 Tarix: 20 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrArvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabr