Pentaqon Rusiya və Çinlə toqquşma ehtimalının artdığını açıqladı

Pentaqon Rusiya və Çinlə toqquşma ehtimalının artdığını açıqladı"Böyük dövlətlərin iştirakı ilə beynəlxalq münaqişə riski artır".

Sonxeber.az "Fox News" kanalına istinadən xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli səsləndirib.

Vest Point hərbi akademiyasının məzunlarına müraciət edən amerikalı onları belə bir ssenariyə hazırlaşmağa çağırıb.

"Məzun olduğunuz dünya böyük güclərin iştirakı ilə beynəlxalq münaqişə potensialına malikdir. Və bu ehtimal azalmır, artır" deyə Milli qeyd edib.

Böyük dövlətlər dedikdə, Milli Rusiya və Çini nəzərdə tutub.

"İndi biz iki dünya gücü ilə üz-üzəyik, Rusiya və Çin. Onların hər biri mühüm hərbi imkanlara malikdir və mövcud qaydaları dəyişməkdə ciddilər".

Bundan əvvəl Amerika tərəfinin təşəbbüsü ilə Mark Milli Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla telefon danışığı aparıb. Tərəflər bir sıra mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər və rabitə xətlərini açıq saxlamağa razılaşıblar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 737   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bacısını və yeznəsini küçədə ÖLDÜRDÜ: öz arvadına görə

Türkiyədə kişi yeznəsini və bacısını öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Bəyazid məhəlləsində baş verib. Niyazi K. marketdən çıxan 40 yaşlı yeznəsi Hidayət Dəmirqıran və eyni yaşda olan bacısı Yağmur Dəmirqıranı güllələyib. Hadisə yerinə gələn həkimlər ər-arvadın öldüyünü müəyyə

7 iyun
.

Zelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir

Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlarda

7 iyun
.

NYP: ABŞ Hərbi Hava Qüvvələri 500 000 dollarlıq raketlə skaut şarını vurub

ABŞ-nin Hərbi Hava Qüvvələri 2023-cü ilin fevralında təxminən 500 00 dollar dəyərində raketlə naməlum uçan obyekti (UNO) vurub və sonradan onun skaut şarı olduğu müəyyən edilib. "Report"un xəbərinə görə, bu barədə "New York Post" qəzeti Pentaqonun Anomal Hadisələrin Tədqiqi İdarəsini

7 iyun
.

Paşinyandan etiraf: "Ermənistan Avropa İttifaqına üzv olmağa hazır deyil"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hələlik Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu almağa hazır olmadığını etiraf edib. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib. "Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə referendum o zaman keçiriləcə

7 iyun
.

ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində dəniz helikopterlərinin satışını təsdiqləyib

ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş "Seahawk" dəniz helikopterinin satışını təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb. Daha əvvəl Yeni Zelandiya hökuməti müdafiə imkanlarını gücləndirmə

6 iyun
.

Avstraliyada 200 min dollarlıq tarakanlar müsadirə edildi

Avstraliyada təhlükəsizlik xidmətinin əməkdaşları 200 min dollar dəyərində 100 mindən çox canlı ekzotik tarakan müsadirə ediblər. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, müsadirə edilən həşəratlar arasında dünyanda ən iri tarakan növü sayılan - Madaqaska

7 iyun
.

Braziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır

Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxal

7 iyun
.

Qrossi: "İran 2025-ci il hücumlarından bəri zənginləşdirilmiş uranı başqa yerə köçürməyib"

"İranda zənginləşdirilmiş uran hələ də 2025-ci ildə hücuma məruz qalan nüvə obyektlərindədir". -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Misir, İordaniya, Mərakeş və Səudiyyə Ərəbistanının tələbi ilə çağırılan BAE

7 iyun
.

ABŞ Prezidenti Ukrayna müharibəsindən danışıb: Razılaşmaya yaxınlaşırıq

Amerika administrasiyasının bütün əsas nümayəndələri Ukraynadakı münaqişənin həlli prosesində iştirak edəcəklər. "Report"un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Viskonsinə gedərkən təyyarəsində jurnalistlərlə söhbətində bildirib. ABŞ Prezidenti həmçinin sülh razılaşmasını

7 iyun