Pentaqon rəsmisindən Şoyquya aşağılayıcı cavab
Pentaqonun spikeri Con Kirbi, Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xarkov yaxınlığında rus ordusunun uğursuzluğunu xatırladıb.
Sonxeber.az xəbər portalı xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun spikeri Con Kirbi brifinqdəki çıxışı zamanı rus ordusunun Xarkovda yaşadığı vəziyyət haqda məlumat verib.
Kirbidən Rusiya qoşunlarının Luqansk bölgəsini tamamilə ələ keçirməyə yaxın olduğunu deyən Şoyqu ilə bağlı şərh verməsi istənilib. Pentaqon spikeri bildirib ki, onun hərbi əməliyyatların coğrafiyası ilə bağlı faiz hesablamaları yoxdur.
"Məsələn, məndən Xarkov haqqında soruşsanız, iki həftə əvvəl Rusiya ordusu Xarkovu mühasirəyə aldı. Şəhərin cənub-şərqində yalnız kiçik bir dəhliz var idi ki, ukraynalılar oradan özlərini təmin edə bilərdilər. İndi isə Rusiya ordusunu sözün əsl mənasında Rusiya ilə sərhədə qədər Xarkovdan uzaqlaşdırıblar", - deyə Kirbi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ordusu Donbassda hədəflərinə çatmaqda hələ də qrafikdən xeyli geri qalır. Kirbi qeyd edib ki, rus ordusunun regionda irəliləyişi tədricən, ləng və qeyri-bərabərdir, ukraynalılar isə müqavimət göstərməkdə davam edir.
"Bu, olduqca sadə bir suala uzun cavabdır. Mənim sizin üçün torpaq payım yoxdur",- deyə Kirbi əlavə edib.
Xatırladaq ki, Ukrayna qoşunları Rusiya işğalçılarını Xarkovdan şimala doğru aparır. Bəzi bölgələrdə Ukrayna Müdafiə Qüvvələri sərhədə çatıb. Luqansk Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Şoyqu real vəziyyəti anlamadığı üçün Luqansk vilayətinin tam işğalının yaxın olduğunu bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 900 Tarix: 22 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Fars körfəzində dörd gəmiyə hücum etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması Fars körfəzinin şimalında dörd gəmini vurduğunu bildirib. xəbər verir ki, məlumatda deyilir ki, "Fars körfəzinin şimalında dörd gəmi vurulub və yanğın baş verib". "İİKK Hərbi Dəniz Qüvvələri xəbərdarlıq edib ki, əgər Vaşinqto
22 oktyabrR4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24 oktyabrİran Kürdüstana ağır texnikalar yerləşdirir
Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir. xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad
22 oktyabrHərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrMask respublikaçılara 445 milyon dollar bağışladı
CNN-in məlumatına görə, iş adamı Elon Musk ABŞ Konqresinin ara seçkilərinə ən azı 445 milyon dollar ianə edib. xəbər verir ki, kanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatında təsirlərini qoruyub saxlamalarına kömək üçün xərclənib. CNN qeyd edir ki, "Pu
23 oktyabrÇində 7 bal gücündə zəlzələ baş verib
Çinin Tibet Muxtar Rayonunda 7,0 maqnitudalı güclü zəlzələ baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların episentri Tibet bölgəsinin şimalındakı Naqçu ərazisində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:33-də qeydə alınıb. Reuters-in yaydığı məlumata əsasən, zəlzələnin ocağı yer səthinə yaxın olub
22 oktyabr