Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?Sonxeber.az Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı faktları təqdim edir.
Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atasi Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib.
***
Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən yan keçmir. Sucay Ağamirov və xanımı "xalq düşməni" kimi sürgün edirlər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürür. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan "mühəndis-neftçi" ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayır. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək olur. 18 yaşlı Tamilla ilk olaraq Bakı Teatr Məktəbinə daxil olur.
***
Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində Moskvaya gedir. Və elə ilk imtahandan münsiflər heyətinin diqqətini cəlb edir. O, birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur.

SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.
***
1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində Tamella Ağamirovanın taleyi dəyişir. O, Sverdlovskda tamaşa proqramı ilə çıxış edən və dünyada yeganə qaraçı teatrı sayılan Moskvanın "Romen" teatr truppasının üzvlərindən olan Lyalya Çernaya ilə rastlaşır. Uzun illər "Romen" teatrında çalışan Çernaya Tamillanı teatra işə dəvət edir. O, dərhal Çernayanın "Romen" teatrında işləmək barədə təklifini qəbul edir.
24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların "Romen" Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Bu zaman "Romen" teatrı "İnadkar ürəklər" tamaşasını səhnələşdirməyə hazırlaşır. Ona tamaşadakı ən çətin rollardan olan mühəndis Yelanina obrazı həvalə olunur. Tamaşanın premyerasına 1 aydan az vaxt qalmasına baxmayaraq aktrisa tamaşada Yelena obrazını müvəffəqiyyətlə canlandırır. Stalin mükafatına namizəd də göstərilir.
***
Teatr karyerası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. Onun ilk filmi 1957-ci ildə rejissor Qriqori Kozintsevin Miqel de Servantesin "Don Kixot" romanı əsasında ekranlaşdırdığı eyni adlı film olur. Tanınmış aktyorlar Nikolay Çerkasov, Yuri Tolubeyev və Serafima Birmanın yer aldığı filmdə Tamilla Ağamirova cazibədar qrafinya İltisidora obrazını yaradır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

29 yaşında böyük ekranda debüt edən aktrisa kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi. Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib. Yeri gəlmişkən azərbaycanlı kinematoqrafçılar da "Don Kixot" filminin uğurları fonunda aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. Aktrisa xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir və "Don Kixot" filmindən sonra növbəti filmi 1958-ci ildə ekranlaşdırılan "Onun böyük ürəyi" filmi olur.
***
Sonrakı karyerasında Tamilla Ağamirova "Əsl dost", "Koroğlu", "Matteo Falkone", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" filmlərində aparıcı rollarla iştirak edir.
***
1960-cı ildə 32 yaşlı Tamilla Ağamirova özündən altı yaş kiçik olan SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə həyatı qurur.
Nikolay Sliçenko həmin günləri belə xatırlayır:
"Açığı uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ildə gəlmişdi. Məndən dərhal sonra. Sizə deyim ki, Tamilla füsunkar idi. Onunla küçədə getmək dözülməz idi. Sözlə ifadə edilməz gözəlliyi var idi. Bir sözlə, azərbaycanlı idi. Onun valideynləri müsəlman idi. Lakin razılığa gələ bildik. Bəlkə də onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki, birdən qızı oğurlayar. Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə pulumuz yox idi, çünki teatrda qəpik-quruş verirdilər. Toydan sonra ilk vaxtlar 14 metrlik kommunal otaqda yaşayırdıq. Otağı təmir etməyə pulumuz da yox idi, amma əvəzində aramızda sevgi var idi".

Onların bir-birinə bağlılığının 2010-cu ilin oktyabrında Tamilla Ağamirovanın başına gələn xoşagəlməz olay zamanı da görmək olardı. Həmin il oktyabrın 19-da Moskvanın Yuri Nikulin adına sirkində tamaşa izləyən zaman Tamara xanım müvazinətini itirərək yer yıxılmışdı. Başından xəsarət alan aktrisa xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdu. Bütün bu müddət ərzində Nikolay Sliçenko sevimli həyat yoldaşını bir dəqiqə belə, tək qoymurdu. "Romen" teatrının qastrol turunu təxirə salan Sliçenko həyat yoldaşının buna etiraz etməsinə də məhəl qoymurdu.
"Mənim üçün əsas olan həyat yoldaşımın səhhətidir. Qalan hər şey gözləyə bilər"- deyə o, qətiyyətlə bildirmişdi. Bir aylıq müalicədən sonra Tamilla Ağamirova ərinin müşayiəti ilə xəstəxananı tərk etmişdi.
***
Bu evlilikdən onların 3 övladı - Mixail və Pyotr, qızları Tamilla dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötükcə bəxş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Onların qızları Tamilla da valideynləri kimi "Romen" teatrında aktrisa kimi çalışır.

Tamilla Ağamirovanın doğma vətəni – Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illərdir Bakını ziyarət edə bilməsə də, valideynlərinin dəfn olunduğu bu şəhəri özü üçün müqəddəs hesab edib.
***
Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub. O, 1 sentyabr 2021-ci ildə Moskvada vəfat edib.
***
Qeyd edək ki, Tamillanın həyat yoldaşı, məşhur rejissor Sliçenko 2021-ci il ilin 2 iyulunda dünyasını dəyişib. Ağamirova sevimli ərindən sonra cəmi 60 gün yaşayıb.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 7420   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr