"Kül sənin təpənə olsun, rəis haqqında mahnı olur?" – Mirəliyev əsəbiləşdi

"Kül sənin təpənə olsun, rəis haqqında mahnı olur?" – Mirəliyev əsəbiləşdi"Rəis haqqında mahnı nə deməkdir, başa düşmürəm. Nə əcəb görən bu xanım rəisinin adını çəkməyib. (Gülür) Demək istəyirəm ki, artıq insanlarımız televiziyaya baxmırlar. Hamı internet televiziyasına baxır. Sən bu "Rəisim" mahnısını Azərbaycan xalqına niyə sırıyırsan? Bunu bir məclisdə sevgilin üçün oxuya bilərsən. Amma rəis haqqında mahnı olur? Bu gün rəis var, sabah yoxdur. Ölkə, məmləkət, region haqqında oxu. Kül sənin təpənə olsun, ay qız. Görün bunlar hansı yolla pul qazanmaq istəyirlər. Nə olsun ki, qadınsan, mərd olun. Belə edib xalqı niyə gözdən salırsınız?"

Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev son zamanlar tənqidlərə səbəb olan "Rəisim" mahnısı haqda danışarkən deyib. Ə.Mirəliyev Xəzər televiziyasında aldadılmasından da söz açıb:
"Dünən məni aldadıb Xəzər televiziyasına aparıblar. Guya ki, yeni bir maşın şou verilişi yaradıblar. Bir neçə nəfər də döyüşçü paltarı geyinib, əllərində dəyənək, üzlərində maskayla dayanıblar. Guya bunlar komandanın qolburanlarıdır. Onlar xoşlarına gəlməyən adamın qolundan tutub oyundan kənara atırlar. Dedim ki, ay bala, burax qolumu, özüm gedirəm. Deyir ki, yox, mən özüm qolundan tutub səni verilişdən uzaqlaşdırmalıyam. Mən də onları söydüm. Bunlar layihəni Rusiya kanalından oğurlayıblar. Görürlər baxan yoxdur və ona görə məni çağırıblar ki, guya verilişdə qalib gəlsən, pul verəcəyik. Mən yetimi aldadıb verilişə aparmışdılar. Qızım deyir ki, ata, sən məni biabır elədin, o boyda hörmətin var. Dedim ki, ay qızım, 3-5 min pul verəcəklərini dedilər, mən də getdim. Mən də "polis qardaşım", "Rəisim" mahnısı oxumuram ki".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1888   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov -a açıqlamasında bildirib ki, əməliyyat riskli olsa da, uğurla başa çatıb:. "Afaq xanımın əməliyyatı uğurlu keçdi. Bir az riskli idi. Əməliyyatdan sonrakı müayinələr də bunu deməyə əsas verir ki, hər şe

5 iyun
.

Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"

"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını

29 aprel
.

Aybəniz Haşımova Polad Bülbüloğlu ilə Şuşada - Foto

Əməkdar artist Aybəniz Haşımova Şuşadan paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə kamera qarşısına keçib. A.Haşımova fotoya "Şuşamızda" qısa şərhini yazaraq ürək emijisi qoyub

13 may
.

Yeni kitabın təqdimatı: "Azərbaycan Ağbabadan başlayır" oxuculara təqdim olundu

Şəmsi Qocanın "Azərbaycan Ağbabadan başlayır" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, gün saat 15:00-da tanınmış şair-publisist və tarixçi-tədqiqatçı Şəmsi Qocanın "Azərbaycan Ağbabadan başlayır" adlı yeni kitabının təqdimat mərasimi böyük ruh yüksəkliyi ilə keçirildi

26 may
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

29 may
.

İşdən çıxarılan Xalq artisti - Direktoru ittiham edir

Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, 12 martda baş tutan son çıxışından sonra teatrın direktor

4 aprel
.

"Mənə zəng vurdu ki, Türkiyəyə bir gedək"

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Künc-bucaq" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, Şeyx Əbdül xəstəxanada olduğu müddətdə mərhum Xalq artisti Rasim Balayevdən inciməsinə belə aydınlıq gətirib:. "İkimiz də eyni vaxtda xəstəxanada yatırdıq. Türkiyəyə getməyə hazırlaşırdı

26 aprel
.

"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""

Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə

5 iyun
.

Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı

Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb. "Report"un əldə etdiyi məlumata əsasən, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır. Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafınd

8 aprel