Əla, Bəhramın "balasını" boğduq, qaldı özü...

Əla, Bəhramın "balasını" boğduq, qaldı özü...Bəhram Bağırzadənin "məhlə uşağım" dediyi fiziki məhdudiyyətli şəxsin videosunu yayması, təhqirlərin dərhal ardından görüntünü silməsi, amma yenə də ovunmayan söyüşcüllərin yağdırdığı ağlagəlməz və ağzaalınmaz sözlərdən sonra üzr istəməsi cəmiyyətimizin virtual dünyadakı eybəcər üzünün ifadəsidir.

Bəhram Bağırzadəyə iki gün ərzində kimlər, nələr yazmadı ki!

Bəhram 90-cı illər nəslinin ən parlaq istedadlarından biri, "Bakılı oğlanlar"ın ən koloritli simasıdır; Bəhram heç vaxt "mütriflik" etməyib, hətta ən gənc yaşında da "rola" girməyib, sağında-solundakılar kimi, səsini-özünü qısıb, "aktyorluğa" girişməyib; Bəhram hər zaman özünü yaradıb səhnədə və yaxud həyatda da səhnədə yaratdığı obrazında olub!

Onu tənqid-təhqir etməyə girişən məhləsiz uşaqlar 90-larda Rusiya səhnələrində Bəhramın performanslarını və böyük auditoriyalarda necə qarşılandığını heç təsəvvür edə bilməzlər!

Bəhram kifayət qədər mütaliəli, vicdanlı ziyalıdır: heç vaxt öz davasını aparmayıb, Prezidentlə görüşəndə belə özünə güzəştlər istəmədi bəziləri kimi; səhhəti, yaşı ilə bağlı səhnədən qismən çəkiləndə də cəmiyyətə yararlı olmaq istəyib, ən ciddi sarkazmlarla gündəmə gəlib.

Onun sonuncu layihəsində də onu tənqid edənlərin təsəvvürünə belə gəlməyən böyük bir estetik-ictimai mesaj var: o, cəmiyyətin alt təbəqəsinin bu xalqa "məsləhətlərini" niyə yayırdı, bilirsinizmi?

Çünki cəmiyyətin ən ciddi bəlalarından biri də budur: bizim "ictimai fikrimizdə", sosial şəbəkələrdə, lap elə səhnədə, efirdə özündə olmayan dəyərlərdən ağız dolusu danışıb, xalqa ağı verənlər çoxdur; 8 dəfə rəsmi, 16 dəfə qeyri-rəsmi ərdə olanların ailə kultu məsləhətlərini azmı eşitmişiniz efirlərdə? Haramın halaldan, binamusun namusdan, geyin kişilikdən... danışdığını azmı müşahidə edirsiniz?

Yerindən duran bu xalqa məsləhət verir – bilmirsinizmi?

Bu naqisliyə bir etiraz forması, mirzəcəlilsayağı bir yanaşma sərgilmək üçün Bəhram Bağırzadə bir neçə gün öncə layihə başladığını elan etdi, Tiktokda bu cür videolar yayacağını bildirdi və başladı.

Bəlkə də videonu "müsahibi" "çəkmə" dediyi üçün dayandıra bilərdi; bəlkə də o "məhlə uşağı"nın ilk saniyələrdə haqqına-hüququna girdi. Ancaq o "məhlə uşağı" arzularını da, tövsiyələrini də deyir axı kameraya. Demək ki, video heç də "müsahibin" iradəsinin tam əleyhinə deyil və yaxud Bəhram "söyüldüyü qədər" başqasının hüquqlarını və ya "efir etikasını" pozmayıb.

Guya bütün efirlərdə, sosial şəbəkələrdə, tiktoklarda qanun-qaydalar maksimum qorunurdu, bircə qalmışdı Bəhramın videosu!

Heç kəs düşünmək istəmədi ki, dilənçinin "xalqa məsləhətini" verməkdə Bəhramın hədəfi, ifadə etmək istədiyi məna, sosial mesaj fərqlidir!

Qətiyyən bu barədə düşünmədilər; əksinə, hücuma keçib, Bəhramın yenicə doğulan "balasını" – layihəsini qətlə yetirdilər, adamı doğulduğuna peşman etdilər, üzr istətdilər və s.

Bəhramın yeni layihəsində texniki qüsurun olmadığı iddiasından uzağam. Ancaq hansı layihə ilk gündən mükəmməl olur ki?

Bəhramın sosial layihəsinin inkişafına dəstək vermək lazım idi, paylaşmaq və onun hədəfinə çatmasına nail olmaq gərəkliydi!

Əvəzində Bəhramın kamerasında biriləri dərhal özlərini gördülər, mahiyyəti dərk etməsələr də, hədəfdə özlərinin olduğunu sövq-təbii, altşüurla anladılar və anında da hücuma keçdilər; onlara Tiktokda belə sosial ünvanlı videolar gərək deyil – düşüklük lazımdır, düşüklük!

Bəhram üzr istəməklə doğru etdi: o qaragüruh sürüsünə Tiktokda sarkazm, sənət, estetika təqdim etməyə ehtiyac yoxdur, onlar sənətə, ziyalıya və ziyalı mesajlarına qulaqlarını, qəlblərini çoxdan bağlayıblar.

Belələrinin əlində olsa Bəhramı öldürərlər – onsuz da qabilyyətli və istedadlı insanların sözqanmazlar tərəfindən qətliamı sosial şəbəkələrdə çoxdandır davam edir...


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 4703   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Şair Çingiz Əlioğlu dəfn olunub

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər

10 avqust
.

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə

14 avqust
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust