Avtomobildə yanmış meyiti tapılan kişi və qadın sevgili imişlər - DETALLAR
2017-ci il iyulun 7-də Quba rayonu ərazisində 2 nəfərin öldürülərək meyitlərinin yandırılması hadisəsinin bəzi detalları üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl üstü açılan cinayətin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Xaçmaz sakini, 28 yaşlı Osman Ömərovun rayon ərazisindəki kafedə tanış olduğu Xudat sakini, 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədova ilə münasibətləri yaranıb. Həmin vaxt 19 yaşı olan Ülviyyə bir müddət sonra Osmandan ayrılıb və işlədiyi "Sonalı göl" restoranında tanış olduğu 1984-cü il təvəllüdlü Rəhman İşıqovla münasibət qurub. Bundan sonra Osman Ömərov hər iki şəxsi öldürmək qərarına gəlib.
Bildirilir ki, qətlə yetirilən R.İşıqov Ağstafa rayonunda doğulub və orada böyüyüb. O, daha sonra Xaçmazın Müşkür kənd sakini ilə ailə həyatı qurduqdan sonra burada yaşamağa davam edib və avtomobil rəngsazı kimi fəaliyyət göstərib.
Hadisəyə gəlincə, Osman əvvəllər münasibətdə olduğu qızla məsələni aydınlaşdırmaq məqsədilə onunla görüşmək istədiyini deyib. Ülviyyə görüşə tanışı və yaxın münasibətdə olduğu Rəhmanla birgə gedib. O, 2017-ci il iyulun 6-dan 7-ə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirib. Daha sonra isə Rəhman İşıqova çoxsaylı xəsarətlər yetirərək onu da öldürüb.
Bundan sonra O.Ömərov hər iki şəxsin meyitini Rəhmana məxsus avtomobilə qoyaraq nəqliyyat vasitəsini idarə etməklə Qubanın Küpçalqışlaq kəndi ərazisində Qudyalçayın üzərindəki körpüyə gətirib. Burada o, avtomobili yandıraraq körpüdən atıb.
Qətlə yetirilmiş şəxslərin meyitləri tamamilə yandığından onlar tanınmaz hala düşüb. Lakin hadisə yerinin araşdırılması zamanı hadisənin adi qəza yox, planlaşdırılmış qətl olması üzə çıxıb.
Qeyd edək ki, toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov bu il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs edilib. Araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2615 Tarix: 23 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabr15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqust