Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİ

Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİ2021-ci il yanvarın 9-u saat 17 radələrində Bakının Q.Qarayev prospekti, 124A ünvanında yerləşən tikilidə qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Dərhal faktla bağlı polis və prokurorluq orqanlarının əməkdaşları əraziyə cəlb olunaraq, hadisə yerinə baxış keçiriblər. Tikilinin giriş qapısında kişi meyitinin cibindən 1979-cu il təvəllüdlü İmran Səfərova aid şəxsiyyət vəsiqəsi çıxıb.

Elə həmin gün hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Qurbanov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gələrək könüllü təslim olub. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİLent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, yanvarın 9-u saat 16 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti 124A saylı binanın qarşısında yerləşən anbar kimi istifadə olunan tikilidə Kamil Qurbanov tanışı İmran Səfərov və qeyriləri ilə birlikdə yemək yeyib-içiblər. İmran Kamilə keçmiş arvadı Arzu Qurbanovanın hesabına yaşadığını söyləyib. Kamil bunu qəbul edilməz hesab edib və bıçaqla 3 zərbə endirərək onu öldürüb.

İş üzrə dindirilmiş Kamil Qurbanov bildirib ki, 2012-ci ildən narkotik maddələr qəbul edir və İmran Səfərovla da təxminən 5 il əvvəl tanış olub:
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİ"İmran yaşadığım evin yaxınlığında qəssab işləyirdi. O, spirtli içkilərə meylli idi və içəndən sonra ətrafdakılarla aqressiv davranırdı. 2020-ci ilin yay aylarında arada bir qardaşım Ramilin avtomobilini götürüb, taksi fəaliyyəti ilə məşğul olurdum. Bir gün İmran sərxoş vəziyyətdə yaxınlaşıb onu Naxçıvanski adına hərbi liseyə aparmağımı xahiş etdi. O, üstündə 10 manat pulu olduğunu, 5 manatı isə sonradan verəcəyini bildirdi. İmranı istədiyi ünvana aparıb gətirdim. Sonradan ondan bir neçə dəfə pulumu istəsəm də, o hər dəfə bir bəhanə gətirib borcunu qaytarmadı. Ələddin Məmmədovu da təxminən 5-6 ildir ki tanıyıram. 2021-ci il yanvarın 9-u saat 14 radələrində Ələddinə məxsus Q.Qarayev prospekti 124A ünvanında yerləşən anbara gələndə, onun İmranla oturub, spirtli içki qəbul etdiklərini gördüm. Dəvətlərini qəbul edib, masa arxasında əyləşdim, lakin 2-3 saatdan sonra avtomobili ilə müəyyən işlərimin dalınca getməli olduğumdan araq içmədim. Qonşuluqda yaşayan, adını bilmədiyim yaşlı kişi də tikiliyə gəlmişdi. Bir qədər mənimlə nərd oynayandan sonra, yaşlı kişi sağollaşıb getdi. Sərxoş olan İmran onlarla araq içmədiyimə görə mənə iradını bildirdi. Söyərək "keçmiş arvadımın hesabına" yaşadığımı bildirdi. İçkili olduğuna görə, səbir edib İmranın sözlərinə əhəmiyyət vermədim. İmran masanın üstündəki şüşə qabı qaldırıb məni vurmaq istəyəndə, Ələddin əlindən qabı alaraq mane oldu. Sakitləşməyən İmran bıçaq götürüb məni vurmaq istədi.
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİOnun hərəkətlərindən bezib, cibimdən bıçaq çıxardım. Məqsədim İmrana məndə də bıçaq olduğunu göstərib, onu özümdən kənarlaşdırmaq idi. Bu zaman İmran "vurmasan ... kişi deyilsən" deyərək, məni təhqir etdi. Onun sözündən bərk əsəbiləşib üstünə getdim. Qapının yanında, bıçaqla İmranın ürək nahiyəsinə 2 dəfə güclü zərbə endirdim. Ələddin və digər şəxs cəld araya girib, bizi ayırdılar. İmran yerə yıxıldı. Tikilidən çıxıb, yaşadığım evə qayıtdım. Yolda bıçağı kolluğa atdım. Paltarlarımı dəyişəndən sonra, evdəkilərlə sağollaşıb 24-cü şöbəyə gələrək təslim oldum".
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİZərərçəkmiş şəxsin hüquqi varisi Adil Səfərov ifadəsində göstərib ki, doğma qardaşı Adil bir neçə il əvvəl Natiqə Səfərova ilə evlənib və nikahdan iki övladları dünyaya gəlib:

"Qəssab işləyən İmran ailəsi ilə birlikdə Beyləqandan paytaxta köçmüşdü. Yanvarın 9-da qardaşımın öldürülməsi barədə məlumat aldım və buna görə Bakıya gəlib meyitini təhvil aldım. Məlum oldu ki, aralarında yaranmış mübahisə zamanı İmranı bıçaq zərbələri ilə Kamil Qurbanov qətlə yetirib".
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİŞahid qismində dindirilmiş Ələddin Məmmədov bildirib ki, İmran Səfərov ayıq vaxtı sakit, spirtli içki qəbul edəndə emosional və davaya meyilli insan olub:

"Yanvarın 9-u saat 11 radələrində dostum Sultan Həsənovun yanına getdim. Yaşadığım binanın həyətindəki, həyat yoldaşımın təsərrüfat anbarında oturub söhbət edirdik. Bir qədər sonra İmran Səfərov yanımıza gəldi. Ardınca Kamil Qurbanov da ora gəlib araq içmək istədiyini, lakin pulu olmadığını deyərək ona spirtli içki almağımızı xahiş etdi. Kamilin hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olduğunu hiss etdim. Sultan cibindən çıxardığı 12 manat pulu masanın üstünə qoydu. Araq almağa gedən İmranla Kamil 5 dəqiqədən sonra qayıtdılar. Spirtli içkini içəndən sonra Sultan sağollaşaraq getdi. İmran Kamilə həyat yoldaşı ilə boşandığına görə "arvad çörəyi yediyini" deyərək iradını bildirdi. Cavab olaraq Kamil ona bu söhbəti birdəfəlik bağlamasını söyləyərək onu söydü. Bundan sonra onlar anbarın girəcəyində bir-birinin yaxasından tutdular. Bu zaman Kamil bıçaqla İmranın sinəsinə zərbələr endirdi. Mənə sahə rəisinə zəng edib məlumat verməyimi, özünün isə polisə gedəcəyini deyərək çıxıb getdi. 1-2 dəqiqə ayaq üstə durduqdan sonra Səfərov odun sobasının yanında yerə yıxıldı".
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİŞahid İsgəndər Əliyev ifadəsində göstərib ki, yanvarın 9-da yaşadığı evə gələrkən tanışı Ələddin Məmmədovu anbarın qarşısında həyəcanlı vəziyyətdə görüb:

"Ələddindən nə baş verdiyini soruşduqda o, Kamilin İmranı bıçaqla vurub öldürdüyünü, bununla bağlı Təcili Tibbi Yardıma və "102" xidmətinə məlumat verdiyini bildirdi. Bundan sonra təcili yardım avtomobilini qarşılamaq üçün yola çıxdım. Tikiliyə tibb işçiləri ilə birlikdə daxil olanda İmranın artıq öldüyünü gördüm. Hadisədən sonra mənə məlum oldu ki, İmran Kamilə arvadı ilə boşandığına görə iradını bildirdiyi üçün mübahisə yaranıb. Nəticədə Qurbanov Səfərovu bıçaq zərbələri ilə qətlə yetirib".
Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: "Arvadının hesabına yaşayırsan..." - CİNAYƏT İŞİBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3944   Tarix: 23 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust