Boks Federasiyasından İrəvandakı təxribata ETİRAZ

Boks Federasiyasından İrəvandakı təxribata ETİRAZAzərbaycan Boks Federasiyası Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, məktubda bildirilir:
"Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası – insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "simvolu" kimi qeyri-qanuni qurumun qondarma "bayrağı" nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən "simvol" əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır".

Müraciətdə, həmçinin vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir:

"Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1261   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust
.

Dinozavrların nəslinin kəsilməsi ilə bağlı yeni versiya: Toz buludunda diri-diri yanıblar?

Alimlər hesab edirlər ki, dinozavrlar 66 milyon il əvvəl Yerə düşən nəhəng asteroidin yaratdığı həddindən artıq qızmış toz buludunun təsiri nəticəsində məhv olmuş ola bilərlər. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Geophysical Research: Biogeosciences" jurnalında dər

10 avqust
.

Ay Günəşi "söndürdü"... - Fotolar - Video

Avropanın bəzi bölgələrində nadir astronomik hadisə müşahidə olunub. Tam Günəş tutulması milyonlarla insanı İslandiya və İspaniyada küçələrə, müşahidə məntəqələrinə və sahillərə çıxarıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Ayın Günəşlə Yer arasına keçərək Günəşin diskini tamamilə örtməs

13 avqust
.

Kolumbiyada matəm elan olundu

Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib. -ın xəbərinə görə, bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib. Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərind

12 avqust
.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12 avqust
.

Prezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu

Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil

11 avqust
.

Erməni qadının meyiti tapıldı

İrəvanda müəmmalı hadisə baş verib. xəbər verir ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Mərkəzi İdarəsinə Nar-Dos küçəsindəki 21 saylı binanın həyətində cəsəd olması barədə məlumat daxil olub. Hadisə yerində ictimai polis və patrul xidməti 79 yaşlı Yerevan sakin

10 avqust
.

Avropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb

Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb. xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, iyun ayında Aİ ölkələri Rusiyadan bir il əvvəlkindən 14% daha çox mayeləşdirilmi

10 avqust
.

İran bu ölkədən təzminat tələb edir

Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn

10 avqust