Əvvəl narkotik qəbul etdilər, sonra... - DƏHŞƏTLİ QƏTL
Bakıda törədilən daha bir ağır cinayətin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, 2013-cü il martın 30-u paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən istintaq və əməliyyat tədbirlərinə baxmayaraq cinayət törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından 2019-cu il aprelin 23-də cinayət işinin icraatı dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib.
Keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıxov 2013-cü il martın 29-da saat 21 radələrində tanışı İsmayıl Zeynalovla narkotik vasitələrin satışı ilə məşğul olan Alik Bədirovun yaşadığı ünvanda narkotik vasitə qəbul ediblər.
Daha sonra evə qayıdarkən avtomobildə aralarında mübahisə baş verib. Zaur Sadıxov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan İsmayıl Zeynalova yaxınlaşıb sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb.
Daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb uzanıqlı formada orada qoyaraq hadisə yerindən uzaqlaşıb.
Həmçinin törətmiş olduğu cinayətin izlərini itirmək məqsədilə İsmayıl Zeynalova məxsus mobil telefonunu və köynəyini istintaqla müəyyən edilməyən yerlərə atıb.
Zaur Sadıxov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1817 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlqar Əliyevin cəzası azaldıldı
Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib. Qərara əsasən, İlqar Əliyevin cəzası dörd ildən ü
2 martÖldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil
3 aprelKönül Həmzəyeva axtarışa verildi
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind
10 martRamiz Mehdiyevlə bağlı məhkəmə QƏRAR VERDİ
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat
10 fevralAta övladları ilə birlikdə qızıla görə bacısı oğlunu döydü - MƏHKƏMƏ
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov, onunla eyni maddə ilə ittiham edilən övladları - Razim Əkbərov və Nazim Əkbərovun (hər üçünün adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadən xəbər veri
6 martBakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu
Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd
19 martİş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb
İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb. Təqdima
13 mart7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulubmuş
"Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar". xəbər verir ki, bu sözləri -a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib. O bildirib ki, məktəbli hazırda xəstəxanadadır
5 fevral