İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: "Onu öldürüblər" - FOTO
"Hadisədən dörd gün əvvəl Elnarə demişdi ki, "birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın". Onun intihar etdiyinə inanmırıq. Ya öldürülüb, ya da buna məcbur edilib".
Bu şikayətlə "Kriminalqafqaz"a Lerik rayon Çayrud kənd sakini, mərhum Elnarə Ağəlizadənin ailəsi müraciət edib. Aprelin 30-da intihara cəhd etdiyi bildirilən və xəstəxanaya aparılaraq bir müddət orada qaldıqdan sonra mayın 10-da ölən iki uşaq anasının ailəsi deyilənlərin yalan olduğunu iddia edir:
"Aprelin 30-da saat 12:20 radələrində Elnarənin qayınanası bizə zəng edib bildirdi ki, "qızınız həyətdə yıxılıb, qıc olub, apardılar xəstəxanaya". Amma hadisə səhər olub. Bizə gec məlumat verilib. Biz Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gedəndə gördük ki, Elnarənin bədənində çoxsaylı xəsarətlər var. Həmin an başa düşdük ki, Elnarə döyülüb və vəhşicəsinə boğulub. Bu xəbərdən sonra onun Rusiyada olan qardaşı da gəldi. Elnarənin vəziyyəti 10 gün ağır olaraq qaldı və mayın 10-u elə xəstəxanada vəfat etdi. Meyit tibbi ekspertiza üçün Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verildi. Sonra da mayın 11-də gətirib dəfn etdik".
Ailə iddia edir ki, xəstəxanada Elnarəni intihar etmiş kimi qeydə alsalar da, onlar buna inanmırlar:
"Elnarə ya öldürülüb, ya da buna məcbur edilib. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Lerik Rayon Polis Şöbəsi və prokurorluq tərəfindən heç bir tədbir görülməyib. Səbəbini soruşduqda ekspertizanın rəyini gözləməyimizi bildirdilər. Amma ortada bir şey yoxdur".
Ailədən verilən məlumata görə, Elnarə əvvəllər dəfələrlə gəlin köçdüyü evdə şiddət gördüyünü onlara deyib:
"Elnarənin 22 yaşı var idi. 18 yaşı olanda kənd sakini Elvinlə ailə qurmuşdu. İki uşaqları var idi. Uşaqlar da hazırda atada qalıblar. Elnarə dəfələrlə anasını və bacısını təklikdə görəndə deyib ki, "telefonda hər şeyi deyə bilmirəm, məni izləyirlər. Başda qayınanam Zöhrə olmaqla, yoldaşım Elvin və qayınatam Aqil mənə işgəncələr verir, dözülməz həddə çatdırırlar. Çox xahiş edirəm, qardaşımı bundan xəbərdar edin ki, mənə bir köməklik göstərsin". Amma təəssüf ki, hər dəfə anası və bacısı onu sakitləşdirib, səbirli olmasını deyiblər. Sonuncu dəfə də aprelin 26-da atası üçün təşkil olunan yas məclisində ailəvi olaraq iştirak ediblər. Həmin vaxt da Elnarə anasına deyib ki, "görürsünüz, başıma nə oyun açırlar? Birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi də onların evindən çıxartmayın".
Məsələ ilə bağlı mərhum Elnarə Ağəlizadənin həyat yoldaşı Elvin Ağəlizadə bildirdi ki, bununla bağlı heç nə deyə bilməz:
"Dövlət var, orqan var, onların deməyi ilə deyil. Mənim heç bir fikrim yoxdur. Nə varsa, dövlət bilir hər şeyi, özləri də həll edirlər".
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb, ekspertizalar təyin edilib:
"Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək".






Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3018 Tarix: 24 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqustYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabr15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqust