Azyaşlını öldürən Elmir niyə sərbəst buraxıldı? - TƏFƏRRÜAT
Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.
Məhkəmə təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib və ona cəza verilməyib. Bu xəbər cəmiyyətdə narazılığa səbəb olub.
Sonxeber.az xəbər verir ki, APA TV məsələni aydınlaşdırmaq üçün hər iki tərəflə əlaqə saxlayıb. Elmir Hüseynovun qardaşı onun psixi vəziyyətinin pozulması ilə bağlı bildirdi ki, qardaşı 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub.
Öldürülən körpənin babası isə deyir ki, hadisəni törədən şəxsin anlaqsız olması ona inandırıcı gəlmir.
Eldar Hüseynov deyir ki, hadisə baş verən vaxt qardaşının psixi vəziyyəti normal olmayıb. Onun sözlərinə görə, qardaşı qışqırdığı vaxt insanlar onun içkili olduğunu düşünüb üstünə qaçıblar. Bu da Elmirin vəziyyətinin kritik həddə çatmasına səbəbi olub.
Azyaşlının babası Eldəniz Abbasov isə iddia edir ki, həmin şəxs həyətə telefonla danışa-danışa girib.
Uşağın anası oğlunun vurulması anını belə xatırlayıb: "Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında "bura gəlin, sizi öldürəcəm" deyə qışqırdı. O, əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı. Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi".
Ömərin babası isə deyir ki, Elmir əvvəlcə gəlinin əlini qırıb, o ayılanda artıq oğlunun vəziyyəti ağır olub.
Elmir Hüseynovun qardaşı Eldar Hüseynov isə hadisə barədə bunları danışdı.
Qeyd edək ki, 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Qafqazinfo-nun da bildirdiyinə görə, Tərtər rayon polis şöbəsinin məktubunda qeyd olunub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.
Elmirin qardaşı isə bunu təkzib edir.
Qeyd edək ki, hadisə baş verənədək Elmir Hüseynov hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı kiməsə müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib. Onun "Üzvi şizofreniyayabənzər pozuntu" formasında kəskin psixotik vəziyyət keçirdiyi bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2652 Tarix: 25 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib
Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə
20 avqustGömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu
26 avqustTovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ
Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye
25 avqust15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər
24 avqustOğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu
8 avqustƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrYeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqust